azerbaycanxeberleritv.az » Gündəm » Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya
Gündəm / Dünya / 13-05-2025, 10:00

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya


Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın İstanbuldakı görüşdə iştirak etmək planlarını dəstəkləyib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.

"Mən Donald Trampı tam və qeyd-şərtsiz atəşkəs ideyası ilə dəstəklədim – diplomatiya üçün əsas yaratmaq üçün kifayət qədər uzun müddətdir. Mən prezident Trampın Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar ideyasını dəstəklədim. Trampın Türkiyədəki bu görüşdə bizimlə olmasını istərdim", - Zelenski qeyd edib.

Ukrayna lideri görüşə hazır olduğunu və Türkiyədə olacağını vurğulayıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.