Ermənistan İstintaq Komitəsi 44 günlük müharibə ilə bağlı istintaqı yekunlaşdırdığını açıqlayıb.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, istintaq zamanı xeyli sayda xəyanət faktı üzə çıxıb.
Komitənin sədri Artur Poqosyan bildirib ki, bir çox zabit və əsgərlər xəyanətə yol veriblər. “Onlar bilərəkdə və ya ehtiyatsızlıqdan öz mövqelərini burxaraq, qaçıblar. Belə halların sayı az olmayıb. Hazırda onlarla bağlı cinayət işi açılıb”.