azerbaycanxeberleritv.az » Gündəm » Əkrəm İmamoğluna daha bir cinayət işi açıldı
Gündəm / Dünya / 14-05-2025, 13:00

Əkrəm İmamoğluna daha bir cinayət işi açıldı

Əkrəm İmamoğluna daha bir cinayət işi açıldı


Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində yeni cinayət işi açılıb.

"Azerbaycanxeberleritv.az" “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu dəfə ona qarşı irəli sürülən ittiham – “vəzifəli şəxsə vəzifəsi ilə əlaqədar hörmətsizlik” kimi qiymətləndirilir.

İddialara görə, İmamoğlu 23 mart tarixində “terror təşkilatına yardım” ittihamı ilə verdiyi ifadə zamanı səsləndirdiyi fikirlərə görə prokurorluq yeni araşdırma başladıb. O, həmin ifadəsində belə demişdi:

“Tam bir kumpas və pusqu düzəni quran iki prokurorun irəli sürdüyü ittihamlarla qarşı-qarşıyam. Bunların hamısı mənim üçün tullantıdır.”

Əkrəm İmamoğluna daha bir cinayət işi açıldı


İmamoğlu Sabah İfadə Verəcək

Yeni açılan cinayət işi çərçivəsində İmamoğlu sabah saat 13:00-da Silivri həbsxanasından SEGBİS (video bağlantı) vasitəsilə ifadə verəcək.

Qeyd edək ki, İmamoğlu hazırda “terror təşkilatına yardım” ittihamı ilə davam edən istintaq çərçivəsində həbsdə saxlanılır. Yeni istintaq isə siyasi gərginliyi daha da artıracağı ehtimal edilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.