
Ermənistanın siyasi dairələrində arxiyepiskop Baqratın yenidən fəallaşacağı və bir il əvvəl başlayan və yarımçıq qalan küçə mübarizəsini yenidən davam etdirəcəyi bildirilir.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “Hrtaparak” nəşri yazıb. Nəşr bildirir ki, etiraz aksiyalarının nə vaxt başlayacağaı ilə bağlı dəqiq tarix də var - 28 May.
“Yepiskopun yaxınlarından gələn xəbəri dəqiqləşdirməyə çalışdıq, lakin onlar bizi əmin etdilər ki, onlarda belə bir məlumat yoxdur. “Müqəddəs Hərəkat” dövründə formalaşan Spikerlər Şurasının nümayəndəsi bizimlə söhbətində dedi ki, sonuncu dəfə ötən ilin ortalarında iclas keçiriblər və fəallaşmaq niyyəti olsaydı, mütləq onu xəbərdar edərdilər. Yepiskopun silahdaşı Qarnik Danielyan aktivləşmək və küçələrə çıxmaqla bağlı suala sualla cavab verib: "Bəs biz nə vaxt küçələrdə deyilik? Dünən axşam saatlarına qədər həbs olunan gənclər üçün polis binası qarşısında etiraz aksiyası keçirirdik". Xatırladaq ki, bir il əvvəl bu günlərdə yaradılan, sonradan adı “Srbazan” olan “Vətən uğrunda Tavuş” hərəkatı Nikol Paşinyanı impiçment yolu ilə “evə göndərməklə” həftələr ərzində ölkədə hakimiyyət dəyişikliyi məsələsini həll edəcəyinə söz vermişdi. Mayın 9-da Tavuşdan İrəvana yürüş edən və bir neçə ay mitinqlər keçirən hərəkat lideri verdiyi sözə əməl edə bilmədi və payızda yarımçıq qalan işləri 2025-ci ildə davam etdirəcəyinə söz verdi”, - nəşrin məqaləsində deyilir.