azerbaycanxeberleritv.az » Gündəm » İmamoğlunun həbs müddəti UZADILDI
Gündəm / Dünya / 17-05-2025, 09:00

İmamoğlunun həbs müddəti UZADILDI

İmamoğlunun həbs müddəti UZADILDI

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində arasında sabiq bələdiyyə başçısı Ekrem İmamoğlunun da olduğu 13 şübhəlinin həbsdə saxlanılması qərara alınıb.

"Azerbaycanxeberleritv.az" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqda şübhəlilərə "cinayət təşkilatı qurmaq və idarə etmək", "cinayət təşkilatına üzv olmaq", "rüşvət", "qəsbkarlıq", "fırıldaqçılıq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tenderə müdaxilə" kimi ittihamlar irəli sürülüb.

Aylıq həbs baxışını keçirən məhkəmə həbs qərarının davam etdirilməsinə qərar verib. Həbs üçün əsas təşkil edən konkret səbəblərin hələ də etibarlı olduğu vurğulanıb. İstintaq davam edir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.