azerbaycanxeberleritv.az » Gündəm » Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı
Gündəm / Dünya / 20-05-2025, 12:30

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı


Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Tehranda keçirilən tədbirdə çıxışı zamanı bəyan edib ki, ölkəsi bir sıra nəqliyyat dəhlizləri yaratmağa start verib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, o, bu dəhlizlər vasitəsi ilə Türkiyəyə çıxış əldə edəcəklər.

Meredov deyib ki, həmin nəqliyyat dəhlizlərindən biri Türkmənistandan Azərbaycan və İrana açılacaq. “Təbii ki, quru yolla əlaqə hamımız lazımdır. Lakin bizim üçün Xəzər dənizi də çox önəm daşıyır. Dəniz üzərindən də əlaqələrimizi genişləndirəcəyik”.

Türkmən nazir bu dəhlizlər vasitəsi ilə Türkiyəyə də asan çıxış əldə edəcəklərini vurğulayıb. “Bu gün Türkiyəyə dəmir yolunun çəkilməsi kimi regional dəhlizlərin inşası davam edir”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.