azerbaycanxeberleritv.az » Gündəm » Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi
Gündəm / Hadisə / Cəmiyyət / 20-05-2025, 15:30

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi


Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovun məhkəmə araşdırması başa çatıb.

"Azerbaycanxeberleritv.az"ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.//unikal


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.