azerbaycanxeberleritv.az » Gündəm » Ukrayna Rusiyanın hərbi zavoduna zərbə endirib
Gündəm / Dünya / Hadisə / 24-05-2025, 11:00

Ukrayna Rusiyanın hərbi zavoduna zərbə endirib

Ukrayna Rusiyanın hərbi zavoduna zərbə endirib


Ukrayna hərbçiləri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” zavoduna zərbə endiriblər.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata əsasən, zərbənin hədəfə dəydiyi təsdiqlənib, ard-arda partlayışlar qeydə alınıb və müəssisənin ərazisində yanğın başlayıb.

“Energiya” zavodu Rusiyada kimyəvi enerji mənbələrinin ən iri istehsalçılarından biridir. Bundan başqa, bu müəssisə planlaşdırılan və korreksiya olunan aviasiya bombalarına quraşdırılan modullar üçün batareyalar istehsal edən yeganə Rusiya şirkətidir.

Zavod, həmçinin “İskəndər-M” operativ-taktiki raket kompleksləri, sudan buraxılan qanadlı raketlər və xüsusi texnikada istifadə olunan bir sıra universal enerji mənbələri üçün batareyalar istehsal edir.

Ukrayna Baş Qərargahı qeyd edib ki, “Energiya” ASC-nin fəaliyyətinin dayanması Rusiyanın bəzi hərbi texnikaları və döyüş vasitələrini vacib enerji mənbələrindən məhrum edə bilər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.