azerbaycanxeberleritv.az » Gündəm » Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib
Gündəm / İqtisadiyyat / Cəmiyyət / 24-05-2025, 17:00

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib

Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib


Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus hissəsində yaradılan süni torpaq sahələrinin icarəyə verilməsi üçün tələb olunan sənədlər müəyyənləşdirilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu məqsədlə İqtisadiyyat Nazirliyinin Kollegiyası “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na dəyişiklik edib.

Nazir Mikayıl Cabbarovun imzaladığı qərara əsasən, icarəyə verilən torpaq sahələrinin kateqoriyalarına “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq formalaşdırılmış sahələr də əlavə olunub.

Bu cür sahələrin icarəyə verilməsi üçün hüquqi və ya fiziki şəxslərdən iki sənəd tələb olunur: ərizə və süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar.//Yenixeber.org


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.