azerbaycanxeberleritv.az » Gündəm » Türkiyənin vitse-prezidenti Azərbaycanı təbrik ETDİ
Gündəm / Siyasət / Cəmiyyət / 27-05-2025, 09:00

Türkiyənin vitse-prezidenti Azərbaycanı təbrik ETDİ

Türkiyənin vitse-prezidenti Azərbaycanı təbrik ETDİ

“Sevimli Azərbaycanımızın müstəqillik sevinci türk millətinin ortaq qürurudur!”

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu sözləri öz “X” hesabında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz yazıb.

Yılmaz daha sonra sözlərinə belə davam edib: “İki dövlət, bir millət” anlayışı ilə böyüyən qardaşlığımızla; biz ümumi hədəflər ətrafında birləşməklə gələcəyi birlikdə qururuq.
Azərbaycanın şanlı müstəqillik günündə müstəqillik uğrunda canlarından keçmiş bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi şükran hissi ilə yad edirik.

Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.”


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.