azerbaycanxeberleritv.az » Gündəm » Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi - VİDEO
Gündəm / Sosial / Cəmiyyət / 28-05-2025, 12:30

Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi - VİDEO

Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi  - VİDEO

Azerbaycanxeberleritv.az: - Ötən ilin payızında paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində sakinlərin 18 il yaşadıqları evlər çöküb.

O, zaman məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilmişdi ki, Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki, diametri 1 200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evləri tikilib.

Artıq sakinlərə kompensasiya ödənilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, kompensasiya köçürülən günədək sakinlərin aylıq kirayə haqqı da qurum tərəfindən hər ay vaxtlı-vaxtında ödənilib.

Ətraflı süjetdə:


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.