azerbaycanxeberleritv.az » Gündəm » 5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır
Gündəm / Cəmiyyət / 28-05-2025, 17:30

5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır

5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır

Azerbaycanxeberleritv.az: - Bakı Apellyasiya Məhkəməsində Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun adı keçən əmlak qəsbi işi üzrə araşdırmalar davam etdiriləcək. 11.45-ə təyin olunan iclasda şikayət hakim İkram Şirinovun sədrliyi ilə araşdırılacaq.

Musavat.com-un xəbərinə görə, hazırda baş nazirin müşaviri olan Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən “Premium Bank” və “Dekabank” vasitəsi ilə heç bir gəliri olmayan şəxsə 2 hissədən ibarət kredit verib.

5 milyon manatlıq kreditin ikinci hissəsi qeydiyyata belə alınmayıb. İş məhkəməyə çatanda isə banklar kredit tarixçəsini gizlədirlər.

Aydındır ki, kredit tarixçəsi onu tərtib edənləri ifşa etmək gücündədir deyə ortalığa çıxarılmır. Məhkəmələr də kredit verilməsinin tarixini araşdırmaqdan yayınırlar. “Dekabank”dan ayrılan vəsaitlər kredit reyestrində belə yoxdur!

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.