azerbaycanxeberleritv.az » Gündəm » Almaniya Ukraynaya 5 milyard avro dəyərində hərbi yardım ayıracaq
Gündəm / Dünya / 29-05-2025, 09:00

Almaniya Ukraynaya 5 milyard avro dəyərində hərbi yardım ayıracaq

Almaniya Ukraynaya 5 milyard avro dəyərində hərbi yardım ayıracaq

Almaniya Ukraynaya 5 milyard avro məbləğində yeni hərbi yardım göstərməyə razılaşıb.

"Azerbaycanxeberleritv.az.az" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Boris Pistorius və onun ukraynalı həmkarı Rustem Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların tədarükünün maliyyələşdirilməsinə dair saziş imzalayıblar.

Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənaye müəssisələri arasında da müqavilələr bağlanıb. Yeni yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və uzunmüddətli əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.