azerbaycanxeberleritv.az » Gündəm » Ermənistan Milli Arxivi Azərbaycana işləyirmiş
Gündəm / Dünya / Cəmiyyət / 30-05-2025, 11:30

Ermənistan Milli Arxivi Azərbaycana işləyirmiş

Ermənistan Milli Arxivi Azərbaycana işləyirmiş


Cari ilin aprel ayında Ermənistanda Milli Arxivin bir qrup əməkdaşına, o cümlədən arxivin direktorunun keçmiş müavini Sonya Mirzoyana qarşı ittiham irəli sürülüb.

"Azerbaycanxeberleritv.az" erməni KİV-ə istinadən xəbər verir ki, Sonya Mirzoyana qarşı Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 418-ci (dövlətə xəyanət) və 424-cü maddələri (casusluq) ilə cinayət işi açılıb.

Məlumata görə, azərbaycanlılara müxtəlif illərdə Ermənistanda azərbaycanlı əhalinin sayı və yerləşməsi barədə məlumat verilib. Bu, məxfi məlumat olmasa da, bunun pulla verilməsi cinayət sayılıb.

Buna görə də o, işdən çıxarılaraq ev dustaqlığına buraxılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.