azerbaycanxeberleritv.az » Gündəm » “Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT
Gündəm / Cəmiyyət / 31-05-2025, 17:30

“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT

“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT


Azerbaycanxeberleritv.az: - Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşən 1403051411-15008 kodlu Bravo marketdə müştəriləri çaşdıran və aldatmağa bənzər hal ilə qarşılaşdım.

Marketdə gilasın qiyməti əvvəlcə 8.99 manat göstərilsə də, endirimlə 5.99 manata satıldığı qeyd olunurdu. Lakin kassaya yaxınlaşdıqda məlum oldu ki, məhsul əvvəlki – yəni endirim edilməmiş qiymətlə vurulur.

“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT


Müştəri olaraq bu uyğunsuzluğu mağaza rəhbərliyinə bildirdik. Lakin rəhbərlik sadəcə “kassirin səhvidir” cavabını verdi. Maraqlısı budur ki, belə “səhvlər” nədənsə hər zaman müştərinin ziyanına baş verir. Heç vaxt rast gəlməmişəm ki, bahalı bir məhsul təsadüfən daha ucuz qiymətə vurulsun.

“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT


Bu kimi hallar artıq məndə belə bir təəssürat yaradır ki, bu cür “səhvlər” təsadüfi deyil, bilərəkdən edilir. Belə yanaşma isə müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir və nəticədə alıcıların mağazadan uzaqlaşmasına səbəb olur. Şəxsən mən, bu hadisədən sonra həmin mağazadan alış-veriş etməməyə qərar verdim.//azxeber.info


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.