azerbaycanxeberleritv.az » Gündəm » Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı
Gündəm / Cəmiyyət / 2-06-2025, 11:30

Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı

Azərbaycanda “Match TV”nin yayımı dayandırıldı

Azərbaycanda "Match TV” kanallarının yayımı dayandırılıb.

"Azerbaycanxeberleritv.az" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.

Məlumata görə, "Match TV” kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında” qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

Qeyd edək ki, "Match TV” 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.