azerbaycanxeberleritv.az » Gündəm » Ardıcıl 4 gün iş OLMAYACAQ – TARİXLƏR
Gündəm / Cəmiyyət / 2-06-2025, 17:00

Ardıcıl 4 gün iş OLMAYACAQ – TARİXLƏR

Ardıcıl 4 gün iş OLMAYACAQ – TARİXLƏR


Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, 6, 7, 8 və 9 iyun tarixlərində iş olmayacaq.

Belə ki, 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür.

Qanunvericiliyə əsasən, 7 iyun tarixi şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün növbəti həftənin bazar ertəsi – 9 iyun tarixi də istirahət günü hesab olunur.

Beləliklə beşgünlük iş həftəsində çalışanlar üçün iyunun 6-dan başlayaraq 4 gün ardıcıl iş olmayacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.