azerbaycanxeberleritv.az » Gündəm » 160 ildən sonra ilk: Xəzərdə "kabus ada" peyda oldu - FOTO
Gündəm / Cəmiyyət / 3-06-2025, 12:30

160 ildən sonra ilk: Xəzərdə "kabus ada" peyda oldu - FOTO

160 ildən sonra ilk: Xəzərdə "kabus ada" peyda oldu  - FOTO

Azerbaycanxeberleritv.az: - Bu ilin yanvarında "ScienceAlert” beynəlxalq jurnalında, jurnalist Carly Cassellanın maraqlı bir yazısı dərc edilib. "Kabus" adası okeandan çıxdı və yenidən yox olmaq üzrədir” başlıqlı yazıda Xəzərdə peyda olan "kabus ada”dan da bəhs olunub:

"ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib. Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər. Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb. Ada 20-ci əsrdə təxminən altı dəfə sulara çıxıb və yox olub. Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür.”

Qaynarinfo xəbər verir ki, tarixçi alim Zaur Əliyev sözügedən ada ilə bağlı araşdırma aparıb:

160 ildən sonra ilk: Xəzərdə "kabus ada" peyda oldu  - FOTO

"Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur.

Xəzər dünyanın ən böyük daxili dənizi (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana sayısız miflərə, inanclara və sirlərə ev sahibliyi edib.

2023-cü ilin fevral ayında peyk görüntüləri palçıqla əhatə olunmuş diametri 400 metr olan bir ada aşkar edib. Təhlillər göstərib ki, ada 30 yanvar - 4 fevral tarixləri arasında əmələ gəlib. O, 2024-cü ilin sonuna qədər davam edib və yox olub.

160 ildən sonra ilk: Xəzərdə "kabus ada" peyda oldu  - FOTO

Xəzərin bu hissəsində ilk belə ada 1861-ci ilin mayında müşahidə edilib. Onun eni 87 metr olub, dəniz səthindən 3,5 metr hündürlüyə qalxıb. 1862-ci ilin əvvəllərində bu hissə sular altında qalıb.

Vulkanın ən güclü püskürməsi isə 1950-ci ildə qeydə alınıb. Sonradan Kabus adanın eni 700 metr, hündürlüyü isə 6 metrə çatıb.

160 ildən sonra ilk: Xəzərdə "kabus ada" peyda oldu  - FOTO

Qeyd edək ki, Çigil palçıq vulkanı Xəzər dənizində, Bakı arxipelaqında yerləşən palçıq vulkanıdır. Bu vulkanın püskürmələrindən sonra adalar yaranır, lakin bu adalar qısa zamanda dalğalar tərəfindən yuyulur və vulkanın əsas kütləsi su altında qalır. Çigil dəniz vulkanı periodik olaraq püskürən vulkanlar sırasına aiddir.

Qeyd edim ki, dünyada Kabus ada kimi tanınan digər bir ada isə 2019-cu ildə Sakit okeanda müşahidə olunub. Həmin ada Yeni Kaledoniya, Vanuatu və Böyük Baryer Rifi arasında görünüb”.//qaynarinfo

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.