azerbaycanxeberleritv.az » Dünya » İran şahzadəsi ordunu xalqa qoşulmağa çağırdı
Dünya / Gündəm / Dün, 18:00

İran şahzadəsi ordunu xalqa qoşulmağa çağırdı

İran şahzadəsi ordunu xalqa qoşulmağa çağırdı


Şahzadə Rza Pəhləvi İslam Respublikasının hərbi qüvvələrini xalqa qoşulmağa çağırıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Pəhləvi nəslinin davamçısı bu barədə X sosial şəbəkəsində yazıb.

"...Əli Xamenei növbəti dəfə İranı müharibəyə cəlb etdi. Bu müharibə İran və İran milləti arasında deyil, İslam Respublikası ilə Xamenei arasında müharibədir.

Mənim hərbçilərə, hüquq-mühafizə orqanlarına və təhlükəsizlik qüvvələrinə mesajım aydındır: Bu rejim və onun korrupsioner və səriştəsiz rəhbərləri sizin canınızı və bizim İranımızı dəyərləndirmir. Onlardan yollarınızı ayırın və xalqa qoşulun.

İran xalqının İslam Respublikasının dağıdıcı rejimi ilə mübarizəsi İranı geri almaq və onu yenidən qurmaqdır. Həll yolu küçə etirazları və ümummilli tətillər vasitəsilə İslam Respublikasını devirməkdir".


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.