azerbaycanxeberleritv.az » Gündəm » Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
Gündəm / Cəmiyyət / 4-06-2025, 15:00

Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO

Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO

Samir Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir
Son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Surxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir.

"Azerbaycanxeberleritv.az"ın Azfakt.com-dan əldə etdiyi məlumata görə Suraxanı rayon Yeni Raman qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir.

Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev 19 ünvanında inşa edilən obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında məlumat yoxdur. Bu isə o anlama gəlir ki, inşa edilən obyektlə bağlı aidiyyatı qurumların rəsmi icazəsi yoxdur.

Tikintiyə özünü qazi kimi qələmə verən Ramin adlı maklerin rəhbərlik etdiyi, ancaq obyektin əsl sahibinin başqa sahibkar olduğu bildirilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovdur.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.