azerbaycanxeberleritv.az » Gündəm » Sənədsiz evlərlə bağlı yeni mexanizmlər tətbiq olunacaq
Gündəm / Sosial / Cəmiyyət / 4-06-2025, 15:30

Sənədsiz evlərlə bağlı yeni mexanizmlər tətbiq olunacaq

Sənədsiz evlərlə bağlı yeni mexanizmlər tətbiq olunacaq


Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem yenidən gündəmə gətirilib. Məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qaldırılıb. Bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi uzun illərdir cəmiyyəti narahat edən ciddi problemlərdən biridir və bu sahədə təcili tədbirlərin görülməsinə ehtiyac var.

"Azerbaycanxeberleritv.az" bildirir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm də müvafiq dövlət qurumlarında müzakirə prosesi uzun müddətdir aparılır:

“Əmlak məsələləri üzrə Dövlət Xidmətində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər görülür və ilkin qiymətləndirmələrə əsasən, 450 mindən çox sənədsiz evin mövcud olduğu bildirilir. Bunların böyük bir hissəsi Bakı şəhərində yerləşir. Bununla yanaşı, təhlükəli və qeydiyyatsız ərazilərdə, xüsusilə də neft buruqları və nəqliyyat infrastrukturuna yaxın zonalarda yerləşən evlərin sayının təxminən 70 min olduğu qeyd olunur. Bu ərazilər təhlükəsizlik baxımından daha ciddi risk daşıdığı üçün onların sənədləşdirilməsi prosesi daha həssas yanaşma tələb edir.

Deputat vurğulayıb ki, məsələ hazırda hökumətin diqqətindədir və sənədsiz evlərin rəsmi qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun tanınması əsas prioritetlərdən biri sayılır. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi və texniki prosedurların sadələşdirilməsi və daha şəffaf mexanizmlərin tətbiqi vacibdir:

“Yaxın vaxtlarda bu evlərin qeydiyyatı sürətləndirilməli, vətəndaşların əmlak üzərində qanuni hüquqları tanınmalı və rəsmiləşdirilməlidir. Bu həm sosial ədalətin təmin olunmasına, həm də şəhərsalma və infrastruktur planlamasında dəqiqliyin artırılmasına xidmət edəcək”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.