azerbaycanxeberleritv.az » Gündəm » Qurban kəsmək istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət / 5-06-2025, 09:00

Qurban kəsmək istəyənlərin NƏZƏRİNƏ

Qurban kəsmək istəyənlərin NƏZƏRİNƏ


Qurban ibadəti zamanı şəriət və gigiyena qaydalarına əməl etmək vacibdir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, qurban kəsərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməlidir:

Heyvan sağlam olmalıdır – Xəstə, arıq və qüsurlu heyvanlar qurban sayılmır.

Yaş həddi mühümdür:

• Qoyun və keçi – ən az 1 il

• İnək və öküz – 1-2 il və daha çox

• Dəvə – 5 ilini tamamlamalıdır

Bir neçə adamın şərik olması halında halallıq mütləq alınmalıdır.

Qurbanın bölünməsi:

Öz ailənə Kasıb və ehtiyaclılara ;

Qohum-əqrəbaya paylanmalıdır

Kəsim qaydası:

– Heyvan qibləyə uzadılmalı

– Kəsim zamanı “Bismillahi və billahi vəllahu əkbər” demək tövsiyə olunur

– Kəsim uşaqların gözü qarşısında edilməməlidir .

Qurban yalnız bir ibadət deyil, həm də paylaşmaq və mərhəmət hissinin təcəssümüdür.

Allah qurbanınızı qəbul eləsin!


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.