Qarşıdan Qurban bayramı yaxınlaşır. Vətəndaşları maraqlandıran suallardan biri də qurbanlıq heyvana ortaq olmaq mümkündürmü?
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, qurban kəsmək istəyənlər 7 nəfərə qədər böyük heyvanları paylaşa bilərlər.
Belə bir heyvan 7 nəfərə qədər pay kimi alına bilər, alındıqdan və ya iri heyvan əlində olduqdan sonra 7 nəfərdən çox olmamaq şərti ilə digərləri də paya daxil edilə bilər.
Lakin şərik olan iri heyvanın hər payı yeddidə birdən az olmamalıdır.//Tribunainfo.az