
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün müasir mebel və inventarların alınması planlaşdırılır.
"Azerbaycanxeberleritv.az" 32gun.az-a istinadən bildirir ki, Alınacaq mebellərin ümumi ehtimal olunan dəyəri 141 283,76 AZN-dir.
Layihə çərçivəsində 3 siyirməli tumba, paltar dolabı, sənəd dolabı, işçi kürsüsü və digər əşyaların alınması nəzərdə tutulur.
Mebel və avadanlıqlar sifarişçi ilə tam razılaşdırılmış dizayn əsasında hazırlanacaq və universitetin ehtiyaclarına uyğun olacaq. Bu addım təhsil müəssisəsinin iş şəraitinin yaxşılaşdırılması və müasir standartlara uyğunlaşdırılması məqsədi daşıyır.
Universitet rəhbərliyi bildirib ki, yeni mebellər həm tələbə, həm də müəllim heyətinin rahatlığı üçün vacibdir və iş prosesində effektivliyi artıracaq.
Layihənin icrası yaxın zamanda başlayacaq və təhsil ocağının infrastrukturunun inkişafına töhfə verəcək.
Xatırladaq ki, Fevralın 4-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizovu təhsil müəssisəsinin kollektivinə təqdim edib.