azerbaycanxeberleritv.az » Gündəm » Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - İkinci hissə
Gündəm / Mədəniyyət / 10-06-2025, 10:33

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - İkinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - İkinci hissə


Nizami TƏHMƏZOV
XALİDƏ HİCRAN
( Roman )



İkinci hissə
I hissə

-Məhəmməd müəllim, xahiş edirəm, əyləşin, ayaq üstə durmayın.
Zərnişanın mehriban və qayğılı səsi onu xəyaldan ayırdı. Ətrafa baxdı. Elnurdan və Zərnişandan başqa kmsə yox idi.
-Yox, saq olun, - dedi. - Gecdir, hərdən bizə gəlməyi unutmayın.
O, qapınin dəstəyindən tutub dayandı. Nəyisə xatırlayırmış kimi çevrilib Zərnişana baxdı:
-Bu yaxınlarda bir xeyir iş olmalıdır. Baş tutsa, səni yüngül bir işə düzəldəcəyəm, hər ay donluq alarsan. Daha heç kimə möhtacın olmaz.
Zərnişan sevindi, əllərini göyə qaldırdı:
-Allah Sizi bu el-obanın üstündən əksik eləməsin. Göydə Allah, yerdə sizsiniz, Məhəmməd müəllim…
O, həyət qapısını ehmalca acıb fikirli halda ordan uzaqlaşdı. Belə vəzyyətdə evə getmək istəmirdi. Bir az gəzmək, fikirlərini dağıtmaq, qəlbini sıxıb gözlərinə qaranlıq çökdürən bu ağır düşüncələrdən qurtarmaq istəyirdi.
Həyat Məhəmməd müəllim üçün heç vaxt asan olmamışdı. Onda Böyük Vətən Müharibəsi yenicə qurtarmışdı. Vətənimizin hər yerində olduğu kimi Naxçıvanda, Şərurda, elə Mahmudkənd kəndinin özündə də vəziyyət yaxşı deyildi. İnsanlar ağır dərd, qayğılar içərisində boğulurdu. Belə günlərin birində, axşam mal-qara, qoyun-quzu örüşdən qayıdanda Naxçıvan Muxtar Respublikası Partiya Komitəsinin ( o vaxt ölkəyə yalnız Kommunist Partiyası Mərkəzi Komitəsi və onun birinci ktibi rəhbərlik edirdi) birinci katibinin qəbul otağından Məhəmməd müəllimə aramsız zəng gəldi. Bu zəng adi telefon zənginə oxşamırdı. Dəstəyi evin xanımı götürdü:
-Bəli, eşidirəm.
-Mahmud…Eh…Məhəmməd müəllimin evidir ?
-Bəli.
-Evdədir ?
-Bəli.
-Telefona çağırın.
Səhnə xanım təəccüblə telofon dəstəyinə baxdı. Ömründə belə gobud, etinasız, mənasız bir səs eşitməmişdi. Özü də bilmədən dəstəyi yerinə qoymaq istəyəndə Məhəmməd müəllimin qonşu otqdan səsi gəldi:
- Kimdir soruşan?
Səhnə çiyinlərini çəkdi. Narazı halda dedi:
-Bilmirəm, demədi.
Məhəmməd müəllim dəstəyi götürdü:
-Alo…Eşidirəm…Bəli, mənəm.
Dəstəkdən gur səs eşidildi:
- Muxtar Respublkanın birinci katibinin qəbul otağındandır.Yoldaş Katib sizilə danışmaq istəyir. Gözləyin…
Onlar təəccüblə bir-birinin üzünə baxdılar. Tam sakitlik idi.Keçən hər saniyə, hər an bir ilə qədər uzun görünürdü. Və bu bir ilə qədər uzun görünən hər saniyə, hər an sanki ağır bir daşa çevrilib Məhəmməd müəllimin ürəyindən asılmışdı. Güclə nəfəs alır, sanki havası çatışmırdı. Bütün diqqəti telefon dəstəyində olsa da, yoldaşının necə həyəcan keçirdiyini aydın hiss edirdi. Fəridə anasının qoluna girib atasına baxır, Adil isə həyacanla gözləyirdi. Elə bu zaman telefon dəstəyindən gur və mülayim bir səs eşidildi:
-Salam, Məhəmməd müəllim. Necəsiniz?
-Sağ olun, yoldaş katib. Siz sağ olun. Hər şey qaydasındadır.
-Bilirsiniz, Sizin savadınızı, bliyinizi, yüksək intellektinizi və başqa yüksək keyfiyyətlərinizi nəzərə alaraq Sizə böyük bir etimad göstərmək istəyirik.
-Çox təşəkkür edirəm, yoldaş birinci katib. Çox saq olun.
-Başqa namizədlər də var. Ancaq Sizi məsləhət görürük. Sabah axşamüstü saat 17- də Respublika Partiya Komitəsinin büro iclsı keçiriləcək. Sizi “ Şərq qapısı” Muxtar respublika qəzetinin redaktoru təyin etmək istəyirik. Etirazınız yoxdur?
-Xeyir, yoldaş Birinci katib. Məsləhət Sizindir.Çox dərin təşəkkur edirəm.
-Elə isə sabah büroda görüşərik. Saq olun.
-Siz sağ olun, yoldaş Birinci katib. Sağ olun.
O, telefon dəstəyini yerinə qoyub yaxınlıqdakı kresloya çöykəndi. Dərindən sinə dolusu nəfəs aldı. Səhnənin sual dolu nəzərləri onun üzünə dikilmişdi. Məhəmməd müəllim sanki heç nə eşitmir, heç nə hiss etmirdi. Amma çöhrəsində bir işıq, bir nur vardı. Gözləri günəş kimi parlayırdı. Səhnə uzun narahatlıqdan sonra yalniz indi-indi başa düşürdü ki, söhbət nədən gedir. O, gəlib ərinin yanında oturdu:
-A kişi, dillənsənə, ürəyimiz üzüldü. Uşaqlar narahatdır.
Adilin də, Fəridənin də gözü onda idi…
-Bilirsən, Səhnə, - deyə Məhəmməd müəllim dərin fikir və düşüncələr içərisində ayağa durub əlini onun çiyninə qoydu.- Mənə çox böyük etimad göstərirlər. Əgər yoldaş Birinci katibin özü ilə danışmasaydım, ömründə inanmazdım. Hələ də başa düşə bilmirəm ki, bu necə ola bilər? Mənim namizədliyimi kim verə bilər ?
Səhnə İrəvan xanının nəslindən idi. Çox ağıllı, savadlı, tədbirli kübar bir xanım idi. Rus təhsili almışdı. Yoldaşını çox sevir, sanki dünyaya onun gözlərilə baxırdı. Yaşca ondan böyük olsa da, heç vaxt bunu hiss etdirməz, qulluğunda durar, yolunu saxlayardı. O, bu qəfil telefon zəngindən sevinsə də, amma nədənsə içində bir narahatlıq vardı. Katibin köməkçisinin yonulmamış, gobud səsindən nəsə hiss etmişdi. Ona elə gəlirdi ki, belə bir səsin sahibi heç vaxt yaxşı adam ola bilməzdi. Heç vaxt…
-Sənə nə olub, əzizim ? – Ərinin mehriban səsi ou xəyaldan ayırdı. – Niyə belə fikrə getdin, nədən narahatçılığın var ?
Səhnə dərindən köks ötürdü:
-Birinci katib nə qədər mehriban, səmimi və nə qədər gözəl bir insandırsa, köməkçisi bir o qədər gobud, məkrli və qorxuludur.
Məhəmməd müəllim heyrətlə yoldaşına baxdı:
-Sən nə danışırsan, Səhnə? Tanımadığın adam haqqında necə belə damışırsan?
-Onu tanımaq üçün üzünü görmək lazım deyil. Səsi, danışıq tərzi kifayət edir.Əgər işləyəsi olsan, özünü ondan və adamlarından qoru. Onlar sənin redaktor olmağını istəmirlər. Bəlkə də öz adamlarını qoymağa çalışırlar. Hər şey mümkündür.
Məhəmməd müəllim yoldaşının ağlına, zəkasına bələd idi. O, heç vaxt fikirlərində yanılmazdı. Odur ki, indi dediyi sözlər əbədi olaraq yaddaşına həkk olundu. Məhəmməd müəllim insanları sevir və onlara inanırdı. Onun fikrincə, həyatda inamsız yaşamaq, hər şeyə şübhə ilə yanaşmaq olmaz. İnam insanın ən böyük dəyərlərindən biridir. İnam öldürmək, insan öldürməyə bərabər deməkdir.
Məhəmməd müəllim “Şərq qapısı” qəzetinin radaktoru işlədiyi illərdə bir çox olayların və hadisələrin şahidi oldu. Çox haqsızlıqlar gördü. Nə qədər çətin, nə qədər ağır olsa da haqqı, ədaləti, doğruçuluğu, düzgünlüyü heç vaxt unutmadı. Həmişə, hər an bu ali dəyərlərin keşiyində dayandı. Dövlət idarələrində, yüksək vəzifələrdə elə adamlar işləyirdilər ki, onlar dövlətin, xalqın mənafelərini deyil, öz şəxsi istək və maraqları üçün işləyirdilər. Oğurluq. əyrilik, rüşvətxorluq, korrupsiya onların sümüyünə, iliyinə qədər işləmişdi.
Bir dəfə respublika partiya fəallarının yığıncağından sonra bir nazir onun qoluna girərək əvvəl zarafatla, sonra çox ciddi bir şəkildə demişdi:
-Sən ağıllısan, çox ağıllısan. Hətta o qədər ağllısan ki, düşünürsən ki, daha səndən başqa bu Naxçıvanda ağıllı adam yoxdur. – Sonra da əlavə edib demişdi; -Unutma ki, bəzən çox ağıllı olmq insanın başına fəlakət gətirir.
Onda Məhəmməd müəllim gülümsəyib deməşdi:
-Düzdü, mən özümü ağıllı adam hesab edrəm. Amma düşünmürəm ki, Naxçıvanda məndən ağıllısı yoxdur. Bu Sizin fikrinizdir. O ki, qaldı ağlın fəlakət gətirməsinə, əksinə, ağlın təzahürü şərəf və ləyaqət, təmizlik, paklıq və sədaqətdir. Yalnız nadanlıq insanı fəlakətə sürükləyər. İnsanı alçaldan, rüşvətxorluq və korrupsiya girdabına yuvarlandıran da nadanlıqdır. Siz buları heç vaxt qarışdırmayın.
-Siz bununla nə demək istəyirsiniz? – deyə həmsöhbəti keçib Məhəmməd müəllimin qarşısında dayandı. – Kimin bostanına daş atırsınız?
Məhəmməd müəllim də ciddi görkəm aldı:
-Mən heç kimin bostanına daş atmıram. Sözümü deyəndə kişi kimi deyirəm. Sadəcə Sizin ağıl haqqındakı fikirlərinizə nünasibət bildirdim. Sağ olun.
-Dayanın e… Hara gedirsiniz? – deyə o, Məhəmməd müəllimin qolundan tutdu, - Açıq deyin görüm Siz nə istəyirsiniz? Sizə nə lazımdır ?
Məhəmməd müəllim çox sərt və acıqlı halda onun üzünə baxdı. Elə baxdı ki, o istər-istəməz əlini çəkib pencəyinin sağ cibinə qoydu. Məhəmməd müəllim dedi :
-Vətənimizin indiki ağır günündə vəzifəsindən sui – istifdə etmək, xalqın malına xor baxmaq, neqativ hallara yol vermək xəyanət deməkdir. Vətənə, torpağa, millətə xəyanət deməkdir. Mən belələrinin haqqında həmişə yazmışam və bundan sonra da yazacqam. Əgər Siz də özünüzü bu cür insanlardan hesab edirsinizsə , o zaman qarşınızda məni görəcəksiniz…Amma, düzü, mən Sizn haqqımizda belə düşünmürəm. Siz nədən narahatsıniz?
Məhəmməd müəllim bu sözləri deyib sual dolu nəzərlərlə ona baxdı:
-Özünüz haqqında heç zaman bədgüman olmayın.
O, bu sözləri deyib iti addımlarla ordan uzaqlaşdı.Kənd təsərrüfat naziri hələ də dayanıb onun ardınca baxırdı.O, acı-acı gülümsəyib astadan dedi:
-Sənin də axırına çox qalmayıb…
Məhəmməd müəllim böyük ürək ağrısı ilə o qanlı-qadalı illəri xatırlayır, ömründə əzablı, kəşmə-keşli səhifələr açmış həmin illəri düşündükcə sanki qəddi əyilir, beli bükülürdü. Gözü yolda qalan, hələ də əzizlərinin gələcəyinə ümid bəsləyən insanlar “Qara kağız” ( yəni ölümü bildirən qara xəbər ) aldıqda ağlayır, sızlayır, onların ah-naləsi yarıqaranlıq evlərin pəncərələrindən ətrfa yayılırdı. Onsuz da müharibə insanlrın hər şeyini əlindən almışdı. Hər şeyini…Sevincini, ömrünü, gününü… Evlərində nəyi vardi hər şeyi müharibəyə göndərirdilər. Belə əziyyət çəkən insanlara xor baxan, onların olub qalanlarını da əlindən alan , incidən, adi bir şey üçün get-gələ salan, bürokratlığa, süründürməçiliyə yol verən, şəxsi maraqlarını güdən məmurlar Məhəmməd müəllimin sevmədiyi, nifrət etdiyi ən qatı düşmənləri idi. O, belələrinə qarşı amansız mövqe tutar, onları faktlarla ifşa edən məqalələr yazardı. Əlbəttə, bu, vəzifə adamlarının xoşuna gəlməzdi. Xüsusən əyriliyə, yeyintiyə. rüşvətxorluğa öyrəşmiş məmurlar Məhəmməd müəllimin əlindən daha çox yanıqlı idilər. Onlar hər vasitə ilə Məhəmməd müəllimə pislik etmək, onu sıradan çıxarmaq, məhv etmək üçün müxtəlif yollar axtarır, variantlar düşünürdülər. Ən yaxın adamları vasitəsilə pul, ev, maşın təklif edirdilər. Lakin Məhəmməd müəllim heç nəyi yaxın buraxmırdı. Hətta ən yaxın qohumları ona söz deməyə cəsarət etməzdilər. O, çox qorxmaz, cəsur və iradəli adam idi. Onu hədələmək, qorxutmaq, tutduğu yoldan çaşdırmaq heç də asan deyildi. Partiya Komitəsinin birinci katibi Məhəmməd müəllimin arxasında dayanmışdı. Ona inanlr, hər dedi-qodudan, hər yazı-pozudan, hər söz-söhbətdən müdafiə edərdi. Çünki ətrafındkılardan, müxtəlif vəzifələrdə oturub yerini möhkəmlədən məmurlardan fərqli olaraq o, çox təmiz və saf adam idi. Xalqa, millətə bağlı, oun dərdini duyan, yanan adam idi. Amma şər qüvvələr çox güclü idi. Bu güclü şər qüvvələr Muxtar Respublikada bir çox vəzifələri tutmuşdular. Onlar mənəvi dəyərlərdən uzaq, hər şeyi maraq üzərində quran, elə acgöz və həris insanlar idi ki, lazım olanda hər dona girir, hər sifətə düşürdülər. Naxçıvanlılar haqqı, ədaləti, düzgünlüyü sevən, halal, sadə zəhmət adamlarıdır. Ona görə də Məhəmməd müəllimin hörməti getdikcə artır, mütləq əksətiyyət onun mövqeyini dəstəkləyirfi. Bu, Məhəmməd müəllimə çox ləzzət edirdi. Nə qədər çətin olsa da el məhəbbəti ona qol-qanad verir, daha yaxşı və daha prinsipal işləməyə sövq edirdi. Amma vəziyyət getdikcə ağırlaşır, həyat yoldaşının, Səhnə xanımım xəstəliyi onu üzürdü. Bəzən günlərlə onun yanında qalmaq, mənəvı dəstək olmaq məcburiyyətində olurdu. O. bir həqiqəti dərk edirdi ki, işdə boşluq buraxarsa və vəziyyət belə davam edərsə, şər qüvvələr fürsətdən istifadə edib istədikləri çirkin niyyətlərinə nail ola bilərlər. Bunu Səhnə xanım da hiss eləmişdi. O, güclə danışsa da bir gün ərinə dedi :
-Neçə illərdir bir yerdə yaşayırıq. Bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Bilirsən ki, mən ölümdən qorxan deyiləm. Ölüm hqqdır.
-Bu nə sözdür? – deyə Məhəmməd müəllim onun əlindən tutdu. – Ölümdən danışmaq hələ tezdir, Səhnə. Bizim qarşıda görüləcək işlərimiz çoxdur. İnşallah, biz onları birlikdə həll edəcəyik.
-Yox,- deyə Səhnə zəif səslə dilləndi. – Gücüm çatmır, səni yarı yolda qoyacam. Amma uşaqları heç vaxt o birilərindən ayırmazsan. Heç vaxt…
O.bu sözləri deyib doluxsundu .Qeyri-ixtiyarı gözlərində yaş gilələndi. Zəif, titrək əllərini Məhəmməd müəllimin əllərindən çəkib çıxarmaq istədi. Əri göz yaşlarını görməsin deyə başını o yana çevirdi. Məhəmməd müəllim sağ əli ilə onun ətirli saçlarını oxşadı.
-Sən etibarsız deyilsən, Səhnə. Məni yarı yolda qoya bilməzsən.Bir də ki…
-Dyan,sənə sözüm var, - Səhnə zəif səslə dilləndi, - Mənə deməsən də bilirəm ki, işdə vəziyyət yaxşı deyil.Çünki sən heç vaxt öz prinsiplərindən əl çəkən deyilsən. Düz də eliyirsən. Mən sənin kimi bir kişinin həyt yoldaşı olmağımdan qürur duyuram. Heç vaxt öz haqq yolundan dönmə. Amma, indi hiss edirəm ki, sənin üçün çətindir. Sən tək mübarəzə apara bilməzsən. Onlar bir nəfər, iki nəfər deyillər.- O, titrək əlləri ilə Adillə Fəridəni göstərib əlavə etdi, - Bunlara da, özünə də yazığın gəlsin. Mən heç…
Onun dodaqları səyridi. Deyəcəyi sözlər sanki ilişib boğazında qaldı. Gözləri qüruba enən Günəş kimi zəifləyirdi….

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.