azerbaycanxeberleritv.az » Gündəm » İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi
Gündəm / Siyasət / 10-06-2025, 13:30

İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi

İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselu Rebelu de Souzanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

"Azerbaycanxeberleritv.az"ın məlumatına görə, təbrikdə deyilir:

"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram".


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.