azerbaycanxeberleritv.az » Gündəm » Los-Ancelesdə komendant saatı tətbiq edilib
Gündəm / Dünya / 11-06-2025, 09:30

Los-Ancelesdə komendant saatı tətbiq edilib

Los-Ancelesdə komendant saatı tətbiq edilib


Davam edən etirazlar səbəbindən Los-Ancelesin bəzi bölgələrində komendant saatı tətbiq edilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Los-Ancelesin meri Karen Bass "X"da məlumat yayıb.

"Mən Los-Ancelesin mərkəzində bu axşam saat 20:00-dan başlayaraq komendant saatı elan etmişəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, lütfən, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozan hər kəsi həbs edəcək", - məlumatda qeyd olunub

İyunun əvvəlində Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni immiqrantları hədəf alan ICE reydi etirazçılarla zorakılığa çevrilib. Ağ Ev rəsmiləri şəhərin etirazlarını “qanunlara qarşı üsyan” adlandırıblar. Kaliforniya Milli Qvardiyası tezliklə Los Ancelesə gəlib.

Etirazlar iyunun 6- da başlayıb və bu günə kimi sönməyib, etirazlar hər gün daha da aqressivləşir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.