azerbaycanxeberleritv.az » Gündəm » Pensiya ilə bağlı yeni sevindirici xəbər - Nazirlik açıqladı
Gündəm / Sosial / Manşet / Cəmiyyət / 11-06-2025, 16:00

Pensiya ilə bağlı yeni sevindirici xəbər - Nazirlik açıqladı

Pensiya ilə bağlı yeni sevindirici xəbər - Nazirlik açıqladı


Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən məlumat verilib.

Açıqlamada bildirilir ki, qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün “Qeyri-dövlət pensiya fondları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.//Publika.az


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.