İsrailin baş naziri Benyamin Netanyahuya aid olan təyyarə Təl-Əvivdən havaya qalxaraq Aralıq dənizi üzərində təxminən bir saat havada qalıb.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, "Flightradar24" xidməti məlumat yayıB.
Manevrlər İranın İsraillə əlaqələndirilən son hücuma mümkün cavabı fonunda keçirilib. İsrail rəsmilərindən uçuş marşrutu ilə bağlı heç bir rəsmi şərh verilməyib.
Qeyd edək ki, İsrail “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. Ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri Tehran da daxil olmaqla, ölkə daxilində bir neçə hədəfə hücum edib.
İsrail daha sonra İrana qarşı əməliyyatı rəsmən təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbələr Natanzdakı nüvə infrastruktur obyektləri və proqramla əlaqəli alimlər olub. İsrailin “The Jerusalem Post” qəzetinin məlumatına görə, gecə ərzində onlarla İsrail qırıcısı hərbi obyektlərə və İranın nüvə obyektlərinə zərbələr endirib.