azerbaycanxeberleritv.az » Gündəm » BMT-dən İsrail və İrana çağırış
Gündəm / Dünya / Müharibə / Dün, 10:30

BMT-dən İsrail və İrana çağırış

BMT-dən İsrail və İrana çağırış


BMT-nin Baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə dünya təşkilatı rəhbərinin sözçünün müavini Fərhan Haq deyib.

"Baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir. O, İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır", - bəyanatda deyilir.

“Baş katib hər iki tərəfdən maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa-olsun münaqişənin gərginləşməsinə yol verməməyi xahiş edir”, - deyə Fərhan Haq bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.