azerbaycanxeberleritv.az » Gündəm » Bu məlumatları paylaşsanız, adınıza kredit götürülə bilər
Gündəm / Sosial / Cəmiyyət / 11-06-2025, 18:00

Bu məlumatları paylaşsanız, adınıza kredit götürülə bilər

Bu məlumatları paylaşsanız, adınıza kredit götürülə bilər


İyunun 10-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 1141, 500, 400, 336, 132 AZN və 1113 ABŞ dolları məbləğlərinin ələ keçirildiyi müəyyən olunub.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.

Vətəndaşlara bir daha xatırladılır ki:

— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.

— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.

Vətəndaşlara tövsiyə olunub ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, heç bir halda şəxsi və maliyyə məlumatlarını paylaşmasınlar, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəssinlər və nömrəni bloklasınlar.

Qeyd edilib ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.