azerbaycanxeberleritv.az » Gündəm » İlham Əliyev Filippin Prezidentini təbrik etdi
Gündəm / Manşet / Siyasət / 12-06-2025, 14:30

İlham Əliyev Filippin Prezidentini təbrik etdi

İlham Əliyev Filippin Prezidentini təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu Müstəqillik Günü münasibətilə təbrik edib.

"Azerbaycanxeberleritv.az"ın məlumatına görə, təbrikdə deyilir:

"Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram".


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.