azerbaycanxeberleritv.az » Gündəm » Bilicidən xəbərdarlıq: 29 faiz insan sağ qalacaq
Gündəm / Cəmiyyət / Dün, 14:19

Bilicidən xəbərdarlıq: 29 faiz insan sağ qalacaq

 

Xəbər verildiyi kimi, bu gün İsrailin İrana hücumu ilə dünyada yeni bir müharibə ocağı yarandı. Tanınmış parapsixoloq, elmi-lədun bilicisi Paşa Yaqub bu müharibəyə maraqlı bir proqnoz verib. Həmin yazını oxucularımıza təqdim edirik:


Hər ziyanın içində bir xeyir də var


Bu gün Dünyada yeni bir çalxalanma, təlatüm başladı. Yeni və dəhşətli bir müharibə alovu qalxdı. Şübhəsiz ki, bu bəşəriyyət üçün dağıntıdan, qandan, ölümdən... başqa yaxşı bir şey vəəd etmir. Özəlliklə də Azərbaycanın Cənubunda və Şimalında yaşayan soydaşlarımızın təhlükəsizliyi təhdid olunur...

Dünyanın belə çalxalanmasında, təlatümə gəlməsində də bir hikmət var. Qatığı çalxalamadan yağı ayırmaq mümkün olmadığı kimi, dünya da çalxalanmasa yaxşı ilə pisi, zalımla məzlumu biri birindən ayırmaq olmaz... Rəbbim buyurur ki, "Hər ziyanın içində bir xeyir də var, onu siz bilmərsiniz, Allah bilər". Quran. Şübhəsiz ki, bu çalxalanmada Allah xeyirə çalışan, əməlisaleh insanları qoruyacaq.


Biz çox dedik, yazdıq, bir çox dillərdə çap etdirib yaydıq, insanları tövbə edib, doğru yolu tutmağa, günahlardan çəkinməyə dəvət etdik... İnsan lafdan anlamayanda... "Bir qövm yolun azanda Biz onu başqa bir qövmün əli ilə cəzalandırarıq". Quran.

Bu müharibədə xeyli insan itkisi, dağıntı baş versə də, sonda Haqq qalib gələcək və hər şey Allahın istədiyi kimi olacaq. Zatən biz 23 ildir yazırıq ki, indiki şeytani (dəccalizm) dövr bitəcək və kamillik dövrü başlayacaqdır. Yeni dövrə 29 faiz (əməlisaleh, əxlaqlı, xeyirə çalışan, Allahın bəyəndiyi) insan keçəcək. Qalanlar zəlzələlərin, daşqınların, müharibələrin... qurbanı olacaq (əslində öz günahlarının qurbanı olacaq).

Odur ki, tövbə edib, günahlardan çəkinirsinizsə narahat olmaya bilərsiniz. Tövbə etməmisinizsə çalışın tezliklə edin....


İbadət edirsinizsə, dininizi təriqətlərə (firqələrə) bölməyin, çünkü bunun nə qədər böyük günah olduğunu (belə ibadətin qəbul olmadığını) Rəbbim Tövbə surəsində bizlərə çatdırır...


Mənim borcum bunu demək, doğru yolu göstərməkdir. İstəyən əməl eləsin, istəməyən etməsin.

Hörmətlə:
Sizin sağ qalmağınızı arzulayan, Paşa Yaqub - Pangeyist


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.