azerbaycanxeberleritv.az » Manşet » Göyçayda "QAZ-24" "VAZ"la toqquşdu - Ölən və yaralananlar var
Manşet / Hadisə / 19-10-2024, 11:14

Göyçayda "QAZ-24" "VAZ"la toqquşdu - Ölən və yaralananlar var

 Oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində “QAZ-24” və “VAZ-2105” markalı avtomobillər toqquşub. 


"Azerbaycanxeberleritv.az"ın məlumatına görə, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, “QAZ-24”ün sürücüsü, 1976-cı il təvəllüdlü Aqil Abdullayev və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıb.



DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.