azerbaycanxeberleritv.az » Manşet » Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Manşet / Hadisə / 20-10-2024, 12:51

Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

 Salyan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.


DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan "Azerbaycanxeberleritv.az"a bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz Salayevin başnahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.



Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.


Araşdırmalar aparılır.


XXX


09:20


Salyan sakini döyülərək öldürülüb.


"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.


Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.


Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.





AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.