azerbaycanxeberleritv.az » Manşet » Göygöldə maşın arakəsməyə çırpıldı - 18 yaşlı gənc öldü (FOTO-YENİLƏNİB)
Manşet / Hadisə / 25-10-2024, 10:57

Göygöldə maşın arakəsməyə çırpıldı - 18 yaşlı gənc öldü (FOTO-YENİLƏNİB)

 Göygöldə iki minik maşının toqquşması zamanı ölən və xəsarət alanların adları məlum olub.


Bu barədə "Azerbaycanxeberleritv.az"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Bildirib ki, 2006-ci il təvəllüdlü Ramal Qurbanzadə hadisə yerində ölüb. 2006-cı il təvəllüdlü E.Ələkbərov, 2006-cı il təvəllüdlü H.Huseynov, 2006-cı il təvəllüdlü F Məhərrəmov, 1984-ci il təvəllüdlü X.Rzayev xəstəxanaya yerləşdiriliblər.



Faktla bağlı araşdırma aparılır.


*** 08:54


Göygöldə bir nəfərin ölümü ilə nəticələn yol qəzası olub.


"Unikal"ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə minik maşını dəmir arakəsməyə çırpılıb.


Qəza zamanı 1 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.