azerbaycanxeberleritv.az » Manşet » AzTimes TV-nin rəhbəri Pərvin Abışova məhkəmənin qərarına etiraz etdi
Manşet / Gündəm / 28-10-2024, 14:41

AzTimes TV-nin rəhbəri Pərvin Abışova məhkəmənin qərarına etiraz etdi

 Görmüş olduğunuz bu şəxs Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovdur. Yadınızdadırsa Ağcabədi RİH -nin başçısı Rabil Hüseynovun məni məhkəməyə verməsi barədə (absurd ittihamla) sizə məlumat vermişdim. 4 iclasın heç birində qarşı tərəf iştirak etmədiyi halda bu "ədalətli" hakim 25.09.2024- cü ildə özu deyib özü eşitdiyi iclasda QƏTNAMƏ çıxarıb . 1000 AZN təzminat, bir də sosial şəbəkələrdə çıxıb "ağsaqqaldan" üzr istəmək . Qarşısındakı şəxsləri daim savadsız deyib alçaldan bu savad mücəssiməsi hakim hansı məhkəmə araşdırması apararaq bu qənaətə gəlib? Qarşı tərəf saymazcasına heç bir məhkəmədə iştirak etmədiyi halda hardan bu qənaətə gəlib ki, mən kimisə təhqir etmişəm? Heç araşdırıbmı ki, AzTimes TV yə verdiyi müsahibəyə görə icra başçısı tərəfindən məhkəməyə verilib və proses zamanı bütün ittihamları şəxsən özünün səsləndirdiyi üçün təzminat "kəsilib ? Araşdırıbmı ki, Ağcabədi RİH- nin hüquq məsələləri üzrə şöbə müdiri Hafiz Hüseynovun mövqeyi AzTimes.az saytında ictimaiyyətə təqdim olunub? Daha sonra adıçəkilən şəxsın mənə videoları silməmlə bağlı hədə dolu telefon zəngi olub ? Bu hər zaman savaşdan danışan , onu-bunu savadsızlıqdan ittiham edən hakim nəyə görə belə qərar çıxarıb? Əlimdə fakt olmasa da səbəbi məlumdur. 

Ədliyyə Nazirliyində dəyişiklik olan zaman xalq olaraq sevindik ki, gənc kadrlar ədaləti tərənnüm edəcək. Hörmətli İnamKərimov, hakimlər belə işləyir. Bizdə inam yaradın)Elə cənab prezident düz deyir."Ədalət yoxdur!"


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.