azerbaycanxeberleritv.az » Gündəm » Bakıda görüntüsü yayılan çadralı şəxsin kimliyi bilindi
Gündəm / Cəmiyyət / Bugün, 12:00

Bakıda görüntüsü yayılan çadralı şəxsin kimliyi bilindi

Bakıda görüntüsü yayılan çadralı şəxsin kimliyi bilindi

Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Qadının hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib:

"Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb. Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar", - E.Hacıyev bildirib.//Qaynarinfo

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.