azerbaycanxeberleritv.az » Gündəm » Nazir müşaviri təyin olunan Orxan Fikrətoğlu kimdir? - BİOQRAFİYA
Gündəm / Mədəniyyət / Dün, 22:52

Nazir müşaviri təyin olunan Orxan Fikrətoğlu kimdir? - BİOQRAFİYA

ORXAN FİKRƏTOĞLU

(1966)


Or­xan Fik­rə­toğ­lu müa­sir Azər­bay­can ədə­biy­ya­tın­da çox­şa­xə­li ya­ra­dı­cı­lı­ğı, ye­ni­lik­çi əsər­lə­ri ilə ta­nın­mış im­za sa­hi­bi­dir. Or­xan Fik­rə­toğ­lu­nun po­li­fo­nik­li­yi ilə se­çi­lən, ge­niş spektr­li ya­ra­dı­cı­lı­ğı müs­tə­qil­lik döv­rü ədə­biy­ya­tın­da mo­dern­dən post­mo­der­niz­mə ke­çi­din, post­mo­der­nin mil­li tə­za­hü­rü­nün qa­ba­rıq ör­nək­lə­ri­ni ve­rir. Ya­zı­çı, sse­na­rist, re­jis­sor, jur­na­list, Əmək­dar in­cə­sə­nət xa­di­mi, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri (2023) , Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Or­xan Fik­rə­toğ­lu (Sa­dı­qov Or­xan Fik­rət oğ­lu) 1966-cı il mart ayı­nın 21-də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. Mosk­va­da Mak­sim Qor­ki adı­na Ədə­biy­yat İns­ti­tu­tun­da təh­sil al­mış Or­xan Fik­rə­toğ­lu­nun “Mə­nə bir məs­lə­hət ve­rin” ad­lı ilk he­ka­yə­si 1981-ci il­də “Kir­pi” jur­na­lın­da işıq üzü gör­müş­dür. Or­xan Fik­rə­toğ­lu “Dün­ya haq­qın­da upu­zun na­ğıl” (1988), “Sə­hər” (1991), “Şir­van şə­şən­gi­si” (1993), “Ağ-qa­ra he­ka­yə­lər” (1993), “Şə­hid­lər” (1994), “Üçün­cü gü­nün ada­mı” (1998), “Kö­çər­gi” (1999), “100 ilin ki­ta­bı” (2001), “Vaxt” (2008), “Suç­lu Mə­lək” (2010), “Ölü mətn” (2011), “Tək” (2014), “Ki­no­po­vest­lər” (2016), “Tü­lu” (2019), “Bakı tarixi detallarda” (2022), “Kinocizgilər” (2024) ki­tab­la­rı­nın mü­əl­li­fi­dir. Yazıçı, jurnalist, ssenarist, rejissor kimliyində fərqli yanaşmaları, unikal üslubu ilə seçilərək "Beynəlxalq Yalta Kinofestivalı"-nın birinci mükafatına (1995), UNİCEF"-in xüsusi mükafatına (2005) Azərbaycan Mətbuat şurasının "Həqiqətə xidmətə görə" mükafatına (2006)BMT yanında Beynəlxalq Avrasiya mətbuat fondunun fəxri diplomuna (2016)" Mət­bu­at Şu­ra­sı­nın “Hə­qi­qə­tə xid­mə­tə gö­rə” mü­ka­fa­tına (2016) Qızıl Qələm" media mükafatına (2008)"Zirvə" mükafatına (2001)"Çingiz Mustafayev" adına mükafata (2003)M. Müşviq mükafatına (2013)" Qızıl Pəri" mükafatına (2018)"Həsən bəy Zərdabi" adına Jurnalist Mükafatına (2019) layiq görülən  Orxan Fikrətoğlu 2024-cü ildə ARKA-nın rəhbəri kimi “Qızıl alma” Beynəlxalq Turan Film Festivalının “Kino sənətinə xidmət” mükafatı ilə təltif olunmuşdur. 

Ya­zı­çı­lıq fəa­liy­yə­ti ilə ya­na­şı, re­jis­sor ki­mi də ta­nı­nan Or­xan Fik­rət­oğ­lu ya­ra­dı­cı­lı­ğın­da ki­nos­se­na­ri­lər də mü­hüm yer tu­tur. O, “Səs” (1993), “­­­­Ümid” (1995), “Solaxay” (1996), “­­­­Ağ kə­tan­da­kı adam” (1998), “Xalça nəğ­mə­si” (1998), “Qız qa­la­sı” (2000), “­­­­Ərazi” (2005), “Suç­lu mə­lək” (2005), “Yalan” (2006), “Kəpənək” (2007), “Qanadlarıma sı­ğal çək” (2008), “Fə­na” (2016), “So­nun­cu ak­kord” (2017), “Əf­sa­nə” (2017), “Əlia­çıq xə­sis” (2017), “Öl­məz Mur­tu­za” (2017), “Cüm­hu­riy­yə­tin 9 şək­li” (2018), “Tu­ran atı” (2019) film­lə­ri­nin sse­na­ri mü­əl­li­fi­dir. Sse­na­ri mü­əl­li­fi və re­jis­so­ru ol­du­ğu, xü­ra­fat və di­ni ra­di­ka­lizm əley­hi­nə “Oxu” sə­nəd­li fil­mi­nin 11 yan­var 2019-cu il­də təq­di­ma­tı ke­çi­ril­miş­dir. Or­xan Fik­rə­toğ­lu­nun sse­na­ri mü­əl­li­fi və re­jis­so­ru ol­du­ğu “Xalça nəğ­mə­si” (1998) fil­mi Bi­rin­ci Bey­nəl­xalq Yal­ta Ki­no­fes­ti­fa­lı­nın baş mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dür. 

1988-ci il­dən Azər­bay­can te­le­mə­ka­nın­da müx­tə­lif ori­ji­nal te­le-la­yi­hə­lə­rin ide­ya, sse­na­ri mü­əl­li­fi və apa­rı­cı­sı olan Or­xan Fik­rə­toğ­lu­nun “Ge­cə ka­na­lı” və “Qulp” (sse­na­ri mü­əl­li­fi və apa­rı­cı, AzTv, 1988-1991), “Və” la­yi­hə­si (sse­na­ri mü­əll­li­fi və apa­rı­cı, 1991-1993), “Qulp” (sse­na­ri mü­əl­lif­lə­rin­dən bi­ri, 1993), “Mir” döv­lət­lə­ra­ra­sı te­le­ra­dio şir­kə­ti (1995), “Qulp” və “Əks” (sse­na­ri mü­əl­li­fi və apa­rı­cı, ANS, 1998-1999), ANS Pres­sinq (apa­rı­cı və mü­əl­lif, ANS, 1999-2000), “Zor­xa­na” (la­yi­hə rəh­bə­ri, apa­rı­cı və mü­əl­lif, ANS, 2000-2010), “İç xə­bər” (la­yi­hə rəh­bə­ri, ANS, 2000-2002), “Mo­za­lan” sa­ti­rik te­le­jur­na­lı (di­rek­tor və sse­na­ri mü­əl­li­fi, 2005-2016), “Nə xə­bər” (apa­rı­cı, mü­əl­lif, ATV, 2012-2016), “Hal­bu­ki” (apa­rı­cı, mü­əl­lif, İTV, 2018-ci il­dən) ki­mi la­yi­hə­lə­ri ta­ma­şa­çı audi­to­ri­ya­sı tə­rə­fin­dən rəğ­bət və ma­raq­la qar­şı­lan­mış, mü­əl­li­fə Azər­bay­can te­le­mə­ka­nın­da özü­nə­məx­sus yer və sta­tus qa­zan­dır­mış­dır. 

Or­xan Fik­rə­toğ­lu müa­sir ədə­biy­yat­da ori­ji­nal es­se­lər mü­əl­li­fi ki­mi də ta­nı­nır. Ya­zı­çı­nın qə­lə­mə al­dı­ğı es­se­lər Azər­bay­can nəs­ri­nin fərq­li və post­mo­dern ab-ha­va­lı nü­mu­nə­lə­ri­dir. Ədi­bin “Üçün­cü Şah İs­ma­yıl” (2016), “Ufaq şah­za­də” (2016), “Mə­ni də özün­lə apa­rar­san, ata” (2016), “Vü­cud­na­mə­nin vü­cu­du” (2016), “Pol Va­le­ri və Ni­ya­zi” (2016), “Ha­di­nin çiy­ni­nə qon­muş mə­lək” (2019), “Kim” (2020) və di­gər es­se­lə­ri bu janr­da “Or­xan Fik­rə­toğ­lu üs­lu­bu” ad­lan­dı­rı­la bi­lə­cək ye­ni bir xət­tin ya­ran­dı­ğı­nı de­mə­yə əsas ve­rir. Or­xan Fikrə­toğ­lu­nun es­se­lə­rin­də alt qat da­ha di­na­mik­dir, möv­zu es­se­nin tə­ləb­lə­ri­nə uy­ğun açı­lır, la­kin el­mi­lik, sim­vol-is­ti­nad­lar oxu­cu­nu yor­ma­dan növ­bə­ti mət­nə yön­lən­di­rir. Bu cür sim­vol-is­ti­nad­lar­la zən­gin “Pol Va­le­ri və Ni­ya­zi” es­se­sin­də mü­əl­lif XVII əsr şe­ir məc­lis­lə­rin­dən bi­ri­nin üz­vü olan Ni­ya­zi­nin ya­ra­dı­cı­lı­ğı­na nə­zər sa­lıb, onun “nöq­tə­siz şe­ir”, “pəl­tək di­lin­dən is­ti­fa­də­li şe­ir” ki­mi janr­lar mü­əl­li­fi ol­du­ğu­nu üzə çı­xa­rır və əs­lin­də, ye­ni bil­di­yi­miz hər şe­yin kö­kü­nün klassik ədə­biy­ya­tı­mız­da var ol­du­ğu­nu vur­ğu­la­yır. Es­se di­li oxu­cu­nu yo­rul­ma­ğa qoy­mur, ey­ni za­man­da giz­li is­ti­nad­lar əsə­ri sırf bə­dii-emo­sio­nal duy­ğu­lar mət­ni ki­mi qav­ra­nıl­maq­dan qur­ta­rır. “Ha­di­nin çiy­ni­nə qon­muş mə­lək” es­se­sin­də Or­xan Fik­rə­toğ­lu ya­zır: “Əgər Sa­bir bi­zim fi­zio­lo­ji mə­ni­mi­zi mü­əy­yən edib­sə, Ha­di bi­zim ru­ha­ni mə­ni­mi­zi aş­kar edib. Əgər Sa­bir ka­ri­ka­tur azər­bay­can­lı port­re­ti­ni rəs­sam qə­dər in­cə də­qiq­lik­lə ya­ra­da bi­lib­sə, bi­zə gü­lüb və bi­zi dü­şün­dü­rüb­sə, Ha­di bi­zim sak­ral qüs­sə­mi­zi su­fi ruh­lu na­kam­lı­ğın­da giz­lə­dib.”[1] Or­xan Fik­rə­toğ­lu ki­çik bir es­se­də bir ne­çə cüm­lə ilə Azər­bay­can ədə­biy­ya­tı­nın iki nə­hən­gi­nin – M.Ə.Sa­bi­rin və M.Ha­di­nin ya­ra­dı­cı­lı­ğı­nın kö­kü­nü, şəh­di-şi­rə­si­ni, önə­mi­ni və fər­qi­ni vur­ğu­la­ma­ğı ba­car­mış­dır. 

Or­xan Fik­rə­toğ­lu­nun nəsr əsər­lə­ri müs­tə­qil­lik döv­rü Azər­bay­can ədə­biy­ya­tı kon­teks­tin­də özü­nə­məx­sus­lu­ğu ilə se­çi­lir. Bə­dii ya­ra­dı­cı­lı­ğa he­ka­yə ilə baş­la­yan Or­xan Fik­rə­toğ­lu “Mi­lad ge­cə­si”, “Borc”, “Ögey”, “Mi­xək bö­cək”, “Ad­sız he­ka­yə”, “Təx­ti-şə­cə­rə və Mu­ra­də­li­nin it­miş eş­şə­yi”, “Çi­çək­lə­nən ada­mın ta­rix­çə­si”, “Can­gü­dən”, “Əmim”, “Ta­ri­xi-cı­bı”, “Al­məm­məd ki­şi”, “Ax­res­to­ma­tik əh­va­lat”, “Xres­to­ma­tik əh­va­lat”, “İt­ki”, “Çev­ril­mə”, “Neft Da­daş”, “Ərə­fə”, “O və o bi­ri”, “Qur­ban”, “Uçu­rum”, “Yad dün­ya”, “Xi­las­kar”, “Su­suz ho­vu­zun qum­ru­su”, “İt­haf”, “Cu­var­lı­nın “Mən”i”, “Es­mi­ra Və­li­ye­va­nın pa­to­lo­gi­ya­sı”, “Ava­ra”, “Uğur­lu gün”, “Təh­lə əh­va­lat­la­rı”, “Bi­zim oğ­lan”, “Əb­dü­lə­zim ki­şi­nin tay­göz atı”, “Xas igid”, “Qa­til gün­də­li­yi”, “Küt­lə­vi çə­kil­mə”, “Adi­lin itir­di­yi he­ka­yə”, “Şey­tan çər­xi”, “Sə­hər”, “Al­ba­lı ağa­cı”, “Və­siy­yət”, “Qır­mı­zı köy­nək”, “Doq­qu­zun­cu he­ka­yə”, “Vaxt”, “Yal­qu­zaq”, “Məs­lə­hət”, “Ge­cə po­li­si”, “Sa­at bir­dən re­por­taj”, “Keç­miş”, “Ay­rı­lıq”, “İki ki­şi­nin bir ge­cə­si”, “Na­har”, “Şir­van şə­şən­gi­si”, “Uduz­muş ada­mın ştrix­lə­ri”, “Heç nə”, “Tə­kər­lə­mə”, “Da­lan­dar “D”, “Səs”, “Dan ye­ri sö­kü­lən­də”, “Ay­rıc”, “Fə­dai”, “Sin­qa­pur şa­mı”, “Av­to­port­ret” və s. he­ka­yə­lə­ri ilə oxu­cu­la­rın rəğ­bə­ti­ni qa­zan­mış­dır. Or­xan Fik­rə­toğ­lu he­ka­yə­çi­li­yin­də əsas iki xətt iz­lə­nir: 

  1. Klas­sik he­ka­yə xət­ti 
  2. Post­mo­dern he­ka­yə xət­ti

Or­xan Fik­rə­toğ­lu­nun klas­sik he­ka­yə xət­ti­nə uy­ğun “Mi­lad ge­cə­si”, “Ögey”. “Mi­xək bö­cək”, “Ad­sız he­ka­yə”, “Can­gü­dən”, “Ərə­fə” ki­mi nü­mu­nə­lər­də 60-cı­lar ədə­bi nəs­li­nin nəsr ənə­nə­lə­ri özü­nü gös­tə­rir. Bu cür he­ka­yə­lə­rə ba­riz nü­mu­nə ki­mi “Al­məm­məd ki­şi” he­ka­yə­si gös­tə­ri­lə bi­lər. He­ka­yə­də əs­gər­lik­də olan oğ­lu­nu gör­mə­yə gə­lən, əvə­zin­də ölüm xə­bə­ri­ni alan ata­nın ob­ra­zı ya­ra­dıl­mış­dır. He­ka­yə­də ya­zı­çı­nın vur­ğu­la­dı­ğı psi­xo­lo­ji mə­qam­lar diq­qət çə­kir. Be­lə ki, ata­nın oğ­lu ilə bağ­lı ürə­yi­nə da­man qor­xu, ni­ga­ran­çı­lıq oxu­cu­nu baş ve­rə­cək ha­di­sə­yə kök­lə­yir. Ya­zı­çı göz­lə­ni­lən bir eh­ti­ma­lın ger­çək­ləş­mə­si fo­nun­da ata­nın psi­xo­lo­ji port­re­ti­ni ya­rat­ma­ğa na­il olur. He­ka­yə­də mü­əl­lif ata­nın qə­fil fa­ciə­vi xə­bə­ri mə­ta­nət­lə qar­şı­la­ma­sı­nı onun psi­xo­lo­ji gər­gin­li­yi­nin bit­mə­si, “qor­xu­nun o tə­rə­fi­nə keç­mə­si” ki­mi əsas­lan­dı­ra­raq oxu­cu­da ob­ra­zın dər­di­nə şə­rik­lik his­si ya­rat­ma­ğa mü­vəf­fəq olur. Dərd ağır­dır, am­ma ni­ga­ran­çı­lıq on­dan da ağır­dır: “Al­məm­məd ki­şi oğ­lu­nun me­yi­di­ni ta­pa bil­mə­di. Ko­man­dir mi­na­ya düş­müş əs­gə­ri­nin qəl­pə­lər did­di­yi kə­mə­ri­ni Al­məm­məd ki­şi­yə uza­dıb: “Üs­tün­də adı ya­zı­lıb, – de­di – Əmin ola bi­lər­sən, oğ­lu­nun tok­ka­sı­dır.” İki ay için­də gəz­dir­di­yi qor­xu­suy­la ki­şi əli­ni kə­mə­rə tə­rəf uzat­dı. Kə­mər bar­maq­la­rı­na də­yən­də hiss elə­di ki, ar­tıq qor­xu­nun o tə­rə­fi­nə ke­çib. Bir az sa­kit­ləş­di...”[2] Qor­xu­su­nu ad­la­yan ata dər­di­ni heç ki­mə aç­mır, nə ar­va­dı­na, nə də ki­çik oğ­lu­na ölüm xə­bə­ri­ni de­mir. Oğul dər­di­ni için­də ya­şa­yır, qu­zu­la­rı sı­ğal­la­yıb dər­di­ni on­la­ra da­nı­şır. İçin­də dərd ula­ya-ula­ya ki­çik oğ­lu­nu bö­yü­dür, son­da onu da əs­gər gön­də­rir. Or­xan Fik­rə­toğ­lu­nun ya­rat­dı­ğı əs­gər ata­sı ob­ra­zı oxu­cu­nu həm ağ­rı­dır, həm də mə­tin ol­ma­ğa səs­lə­yir. Ca­nı yan­sa da, o, ki­şi­dir, ba­şı­nı dik tu­tur, dər­di­ni mərd-mər­da­nə çə­kir; mə­tin­li­yi ilə Və­tən mə­həb­bə­ti­nin öv­lad sev­gi­sin­dən də uca ol­du­ğu­nu gö­rük­dü­rür. 

Or­xan Fik­rə­toğ­lu­nun “Sə­hər”, “Borc”, “Mil­çək”, “Çi­çək­lə­yən ada­mın ta­rix­çə­si”, “Ta­ri­xi-Çı­bı”, “Neft Da­daş”, “Ax­res­to­ma­tik əh­va­lat” he­ka­yə­lə­ri post­mo­dern he­ka­yə xət­ti­ni təm­sil edir. “Sə­hər” he­ka­yə­sin­də əsas ob­raz sü­pür­gə­çi qa­dın­dır. Sə­hər onun hə­yə­ti sü­rüpr­mə­si ilə açı­lır və o, “ge­cə­ni sü­pü­rüb apa­rır”. He­ka­yə­də bir bi­na­nın sə­hə­ri­nin tim­sa­lın­da in­sa­noğ­lu­nun hə­ya­tı sim­vol­laş­dı­rı­lır. He­ka­yə­də diq­qətçə­kən mə­qam­lar­dan bi­ri də rə­qəm­lər­dən in­ten­siv is­ti­fa­də edil­mə­si­dir: iki sər­çə, iki ki­şi, üçün­cü mən­zil, iyir­min­ci mən­zil, yüz bi­rin­ci mən­zil, iki qa­dın, on üçün­cü mən­zil, yed­din­ci mən­zil, iki qa­ra­şın qız, iki yu­xu­lu qa­dın, dörd­göz ma­şın. Ma­raq­lı­dır ki, he­ka­yə­də iki rə­qə­mi üs­tün­lük təş­kil edir, xü­su­si vur­ğu­la­nır: “Yu­xu­lu göz­lər hə­yə­tə ba­xır. Siq­nal sə­si. Bir dəs­tə ağ çöl gö­yər­çi­ni öz­lə­ri­ni gö­yə vu­rur. İki­si lap də­rin uçur.”[3] He­ka­yə­də iki­nin üç ol­ma va­ri­an­tı da var. La­kin iki ye­ni­dən özü­nə, öz çev­rə­si­nə qa­yı­dır, qa­pa­nır. Üçün­cü ar­tıq­dır. “İki qa­ra­şın qı­za bu xoş gə­lir. Sa­rı­şın qa­ra­şın­la­ra qa­rı­şır. Üç uşaq gə­zi­şir. Qa­ra­şı­nın bi­ri bu sa­rı­şın­la lap uzun müd­dət dost ol­maq is­tə­yir. Bu­nu ona de­yir. Sa­rı­şın se­vi­nir. Və öz qu­şa­ta­nı­nı qa­ra­şı­nın bi­ri­nə ba­ğış­la­yır…Sa­rı­şın uşaq, qa­ra­şın qız­la da­la­şıb kü­sür. Qa­ra­şın qız ağ­la­yır.” [4]

Or­xan Fik­rə­toğ­lu­nun ya­ra­dı­cı­lı­ğın­da post­mo­dern təh­ki­yə üs­tün­lük təş­kil edir. Ya­zı­çı­nın he­ka­yə­lə­rin­də hiss edi­lən post­mo­dern ele­ment­lər mü­əl­li­fin po­vest­lə­rin­də və ro­man­la­rın­da da­ha qa­ba­rıq­dır. “Üçün­cü gü­nün ada­mı” po­ves­ti­nin qəh­rə­ma­nı qa­zanc xa­ti­ri­nə seç­di­yi “pe­şə”nin – muzd­lu qa­til ol­ma­nın bü­tün ağır­lı­ğı­nı öm­rün­dən ke­çi­rə­rək ya­şa­yır. Qan­la qa­zan­dı­ğı pul sa­yə­sin­də ailə­si­nin mad­di və­ziy­yə­ti yax­şı­laş­dıq­ca onun mə­nə­vi ölü­mü sü­rət­lə­nir, vic­dan əza­bı­nın də­mir mən­gə­nə­sin­də sı­xı­lır: “Gə­tir­di­yi pu­la ailə­si əməl­li-baş­lı di­kəl­miş­di. Ha­çan­sa su­yu olub qu­ru­muş qu­yu­ya elə bil göy­dən ya­ğış yağ­mış­dı. Qu­yu­nun di­bin­də su ol­ma­sa da tor­pa­ğı, da­şı su­lu idi. Ata­sı keç­mi­şi­ni di­rilt­mək­lə məş­ğul idi. Köy­nə­yi­ni ütü­lə­dib qə­zet oxu­ya-oxu­ya köh­nə dost­la­rı ilə te­le­fon­la da­nı­şır­dı. Ana­sı ilə ar­va­dı bir yer­də kö­kə bi­şi­rir­di. Uşaq­la­rı sə­hər­dən ax­şa­ma ki­mi saq­qız çey­nə­yir­di­lər. De­yə­sən uşaq­la­rı saq­qız ta­mı­nın çey­nən­dik­cə it­di­yin­dən xə­bər­siz­di­lər. Bu­nu on­la­ra de­mə­yə hə­və­si yox idi. Ailə­si bər­ki­dik­cə o da­ha da in­cə­lir­di.”[5] 

Mü­əl­li­fin əsə­rə da­xil et­di­yi qə­rib və də­və­si haq­qın­da prit­ça post­mo­der­nin si­tat, is­ti­nad ele­men­ti ki­mi tə­za­hür edir və əsə­rin da­xi­li qa­tı­nın açıl­ma­sın­da açar funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir: “Baş­çı tə­əc­cüb­lə öl­müş də­və­yə ba­xıb:

  • Bu də­və­yə kim qı­yıb be­lə qar­da­ş? – so­ruş­du.

Qə­rib:

  • Çox­dan­kı iş­di, kim öl­dü­rüb­sə, cə­za­sı­nı çə­kir, – ca­vab ver­di.
  • Nə­di, onun cə­­za­­sı­­?
  • Mə­na­nı itir­mək.
  • Mə­na nədi?
  • İn­di da­nış­dı­ğın söz sə­nin de­yil, mə­nim­dir. Onun için­də­ki mə­na­nı sən ar­tıq du­ya bil­mir­sən. O də­və ölən­dən sən hər şe­yin ölü­sü­nü, cə­sə­di­ni gö­rür­sən. Hər şe­yin di­ri­si pər­də ar­xa­sın­da­dır. Sö­zün də....
  • İn­di mən ney­lə­yim – baş­çı az qal­dı ağ­la­ya.
  • Xa­tır­la...

Baş­çı nə qə­dər xa­tır­la­maq is­tə­yir­di, yad­daş di­ril­mir­di. Axır­da lap axır­da göz­lə­ri önü­nə bir dəs­tə ucu qan­lı ox gəl­di. Se­vi­nə-se­vi­nə üzü­nü Qə­ri­bə doğ­ru çe­vi­rib: 

  • Xa­tır­la­dım, – de­di – içim­də bir dəs­tə qan­lı ox var. Mən de­yə­sən ki­mi isə öl­dür­mü­şə­m?

Qə­rib ba­şı­nı aşa­ğı sal­dı...”[6]

Po­vest Or­xan Fik­rə­toğ­lu ya­ra­dı­cı­lı­ğın­da mo­der­nin və post­mo­der­nin ele­ment­lə­ri­nin sim­bi­oz şə­kil­də əks olun­du­ğu bə­dii nü­mu­nə ki­mi ma­raq­lı­dır. Əsər­də Or­xan Fik­rə­toğ­lu əs­lin­də bir qa­ti­lin duy­ğu­la­rı­nı, ya­şan­tı­la­rı­nı qə­lə­mə al­maq­la yal­nız fər­din de­yil, top­lu­mun gü­na­hın­dan söz açır. Mü­əl­lif bu­nun­la Qərb ədə­biy­ya­tın­da ge­niş is­ti­fa­də edi­lən, mo­der­nizm­də tez-tez mü­ra­ci­ət edi­lən “kol­lek­tiv gü­nah” an­la­yı­şı­nı əya­ni­ləş­di­rir. Əsər­də­ki za­man­sız­lıq, gü­na­hın ge­neo­lo­gi­ya­sı­na eniş cəh­di də bu­nun­la əla­qə­dar­dır. Frans Kaf­ka­nın bir çox əsər­lə­ri­nin, o cüm­lə­dən “Pro­ses” əsə­ri­nin əsas ma­hiy­yə­ti­ni “kol­lek­tiv gü­nah” kon­sep­ti təş­kil edir. “Pro­ses”in qəh­rə­ma­nı Jo­zef Ka da gü­nah­kar­dır. Özü­nün də xə­bə­ri ol­ma­yan gü­na­hı­na gö­rə həb­sə alı­nır, edam edi­lir. Or­xan Fik­rə­toğ­lu­nun qəh­rə­ma­nı­nın gü­na­hı ilk ba­xış­dan bəl­li­dir. O, si­fa­riş­lə, pul mü­qa­bi­lin­də in­san­la­rı öl­dü­rür. Al­la­hın qa­da­ğan et­di­yi ən bö­yük gü­nah­lar­dan bi­ri­ni edir. Am­ma bu­ra­da gü­na­hın sub­yek­ti şər­ti­dir. Qa­til olan, gü­na­ha ba­tan an­caq fərd de­yil. Bu, kol­lek­tiv gü­nah­dır. O, in­san­la­rı qət­lə ye­tir­mək­lə ya­na­şı, də­və­nin ölü­mün­də də gü­nah­kar sa­yı­lır. Qə­rib – dün­ya­nı, də­və – bə­şə­riy­yə­ti sim­vo­li­zə edir, ilk at­dı­ğı ox­la qə­dim in­san ar­tıq kol­lek­tiv gü­na­hın bi­na­sı­nı qoy­muş­du. Qa­bi­lin Ha­bi­li öl­dür­dü­yü, in­san ca­nı­na qıy­ma­nın da­dı­nı və cə­za­sız­lı­ğı­nı (əs­lin­də isə bu cə­za­sız­lıq uto­pi­ya­sı­na inan­dı­ğı­nı) duy­du­ğu gün­dən bu gü­na­hı bü­tün bə­şə­riy­yət da­şı­yır. Or­xan Fik­rə­toğ­lu­nun qəh­rə­ma­nı yal­nız özü­nün de­yil, bü­tün bə­şə­rin gü­nah­la­rı­nı çə­kir, hə­min ci­na­yə­tin he­sa­bı­nı ve­rir.

“Yed­di” po­ves­tin­də dün­ya­nın sim­vol­laş­dı­rıl­mış təs­vi­ri ve­ri­lir. Ad­sız qa­rı­nın – dün­ya­nın iki öv­la­dı – gün­dü­zü, işı­ğı təm­sil edən qıv­rım tel­li oğ­lu ilə ge­cə­ni, qa­ran­lı­ğı sim­vol­laş­dı­ran düz tel­li oğ­lu­nun bir-bi­ri­nə qo­vuş­ma­sı müm­kün ol­ma­ma­sı ilə baş­la­yan po­ves­tin əsas məğ­zi­ni in­sa­nın mü­rək­kəb dün­ya­sı, hə­ya­tın mə­na­sı təş­kil edir. Ba­ba­nın o dün­ya­nın yo­lu­nu ta­pıb xə­ri­tə­yə əla­və et­mək is­tə­mə­si san­ki Adəm və Həv­va əh­va­la­tı­na işa­rə edir. “Ba­ba qa­pı­nı ki­lid­lə­yib köh­nə san­dı­ğın qa­pa­ğı­nı qal­dır­dı. Üs­tü toz­lu də­və gö­nü­nü çı­xa­rıb üfür­dü. Dö­şə­mə­yə uza­dıb aç­dı. Qat­la­rı­nı çirk qa­ral­dıb kəs­miş, qı­raq­la­rı qu­ru­yub bu­rul­muş gö­nün üs­tü­nə üç bu­lud şək­li çə­kil­miş­di. Bun­la­rın ara­sıy­la yol uza­nır­dı. Ba­ba­nın qa­ran­lıq töv­lə­də pa­rıl­da­yan göz­lə­ri­nin işı­ğı al­tın­da toz­cuq­lar oy­na­şır­dı.”[7] Uşa­ğın bə­lən­di­yi ən­cir yar­paq­la­rı da di­ni prit­ça­ya işa­rə edir. İn­san tan­rı dər­ga­hın­dan qo­vul­du­ğu gün­dən özü­nü ax­ta­rır. Çün­ki in­san ye­ga­nə məx­luq­dur ki, şər­lə xe­yi­ri ey­ni an­da özün­də tə­cəs­süm et­di­rir. Tan­rı­nın dər­ga­hın­dan qo­vul­du­ğu gün sim­vo­lik ola­raq in­sa­nın bi­li­yi­nin əsi­ri ol­du­ğu­nu və bu bi­li­yin onu da­im ax­ta­rı­şa, şüb­hə­lə­rə sövq edə­rək, cən­nə­tin qay­ğı­sız­lı­ğın­dan uzaq­laş­dı­ra­raq əzab­la­ra apa­ran bir yo­la çək­mə­si­ni əks et­di­rir. 

Or­xan Fik­rə­toğ­lu­nun “On ikin­ci nəğ­mə” po­ves­tin­də uc­qar, səs­siz kənd­də ya­şa­yan qı­zın hə­ya­tın­dan bəhs edi­lir. Əsə­rin əsas qəh­rə­ma­nı – qı­zın ana­dan ol­ma­sın­dan son­ra adi kənd mis­tik aura­ya bü­rü­nür, tez­lik­lə bo­şa­lır, ana­sı ilə ya­şa­dı­ğı kim­sə­siz bir ada­ya çev­ri­lir: “Ana­sı hirs­lən­di. Si­nə­si ki­mi söz­lə­ri də so­yu­muş­du: “Mə­ni qa­yı­ğa uzat, özün qa­yıt, kəl­lər ac­dır. Sə­nə ha­mi­lə olan­da da be­ləy­dim, də­ni­zə ye­rik­lə­yir­dim. Rəh­mət­lik atan tərs adam idi, de­di, elə bir də­ni­zin çat­mır... O hey­və­rə sə­si də, kənd adam­la­rı elə o gün eşit­mə­yə baş­la­dı­lar... Son­ra sən do­ğul­dun... eşi­dir­sən səsi?! De­yə­sən qu­laq­la­rım tu­tu­lub, heç nə eşi­də bil­mi­rəm!..” Qız ana­sı­nın sö­nən göz­lə­ri­ni gör­mür­dü və nə de­di­yi­ni eşit­mir­di. Qa­rı göz­lə­ri­ni yu­man­da ağ­la­ma­dı da.”[8] Ana­sı­nın ölü­mün­dən son­ra ­kim­sə­siz kənd­də qız tək qa­lır. Or­xan Fik­rə­toğ­lu­nun “qa­dın Ro­bin­zon Kru­zo­su” öz tək­li­yin­də, tə­bi­ət­lə vəh­dət­də olan hə­ya­tın­da har­mo­ni­ya için­də ömür sü­rür. La­kin ya­şa­dı­ğı kən­din sər­hə­din­dən ke­çən qa­tar yo­lu­nun get­di­yi qə­ri­bə və na­mə­lum dün­ya da onun üçün bir sirr ki­mi ma­raq­lı­dır. Çox keç­mir ki, qı­zın hə­ya­tı qa­tar­dan yı­xı­lan ki­şi­nin gə­li­şi ilə də­yi­şir. Qı­zın saf dün­ya­sı­na dü­şən ki­şi hə­ya­tın­da ilk də­fə öm­rü­nün he­sa­ba­tı­nı ve­rir. Bu sa­kit dün­ya­da özü­nü mən­li­yin­dən, eqo­sun­dan arın­mış şə­kil­də, təh­təl­şüu­run güz­gü­sün­də gö­rür: “Ki­şi heç vaxt öm­rü­nü saf-çü­rük elə­mə­miş­di. Ni­yə ya­şa­dı­ğı­nı bil­mir­di. Axı­na dü­şüb öz ya­lan mə­ni ilə qü­rur­la­na-qü­rur­la­na an­caq ya­lan, kin, nif­rət öy­rən­miş­di. Sə­hər­dən-sə­hər öm­rü­nü çı­xar­mış ki­şi bu sa­kit kənd­də özü­nü elə bir ay­na­da gö­rür­dü.”[9] La­kin səs-küy­lü şə­hər həs­rə­ti onu bu­ra­dan qo­pa­rır, ye­ni­dən ya­la­nın, ki­nin, nif­rə­tin hökm­ran ol­du­ğu dün­ya­ya qa­yı­dır. Po­vest­də­ki qo­ca və nə­və­si ob­raz­la­rı ki­şi və qı­zın dün­ya­sı­nın sər­hə­din­də, be­lə de­mək müm­kün­sə “əraf”ı da­dır­lar. Qı­zın dün­ya­sı­nın mə­nə­viy­ya­ta kök­lən­miş if­rat saf­lı­ğı cən­nə­ti, ki­şi­nin dün­ya­sı­nın mad­diy­ya­ta he­sab­lan­mış çir­kin­li­yi cə­hən­nə­mi sim­vo­li­zə edir. Qəh­rə­man­la­ra ad ve­ril­mə­mə­si, sa­də­cə “ki­şi”, “qız”, “qo­ca”, “uşaq” ad­lan­dı­rıl­ma­sı oxu­cu­nu əsə­rin da­xi­li qa­tı­na diq­qət ye­tir­mə­yə sövq edir, əsər bo­yu iz­lə­nən mis­tik ab-ha­va post­mo­dern mət­nə xü­su­si aura gə­ti­rir. 

Or­xan Fik­rə­to­ğu­nun 2014-cü il­də işıq üzü gö­rən “Tək” ro­ma­nı­nın əsas leyt­mo­ti­vi­ni “mü­ha­ri­bə və in­san” qar­şı­laş­ma­sı təş­kil edir. Ədə­biy­yat­da mü­ha­ri­bə möv­zu­su hər za­man diq­qət mər­kə­zin­də ol­muş, müx­tə­lif bə­dii əsər­lə­rin ana möv­zu­su­na çev­ril­miş­dir. L.Tols­to­yun “Hərb və sülh”, E.He­min­que­yin “Əcəl zən­gi”, Əbül­hə­sə­nin “Mü­ha­ri­bə”, Aqil Ab­ba­sın “Do­lu” ro­man­la­rın­da və di­gər bu qə­bil­dən olan əsər­lər­də bu möv­zu us­ta­lıq­la iş­lən­miş­dir. Or­xan Fik­rə­toğ­lu­nun “Tək” ro­ma­nı­nın qəh­rə­ma­nı on bir yaş­lı Tək­göz Qa­ra­bağ mü­ha­ri­bə­si­nin ki­çikyaş­lı şa­hi­di­dir. Əsər­də­ki səh­nə­lər ya­xın ta­ri­xi­mi­zin Xo­ca­lı fa­ciə­si ilə səs­lə­şir. Er­mə­ni vəh­şi­lik­lə­ri­nin məhz uşa­ğın gö­zü ilə təs­vir edil­mə­si, in­sa­nı dəh­şə­tə gə­ti­rən səh­nə­lə­rin bir mə­sum kör­pə­nin duy­ğu­la­rı, ya­şan­tı­la­rı fo­nun­da can­lan­dı­rıl­ma­sı oxu­cu­nun bu dər­di da­ha ya­xın­dan hiss et­mə­si­ni, əsə­rin aura­sı­nı da­ha də­rin­dən duy­ma­sı­nı tə­min edir. Məhv olan ailə­lər, ina­nıl­maz vəh­şi­lik­lər, iş­ğal olu­nan doğ­ma tor­pa­ğın acı­sı fo­nun­da ki­çik bir in­sa­nın fa­ciə­si və al­dı­ğı emo­sio­nal zər­bə­lə­rin bö­yük tə­si­ri­nin al­tın­da for­ma­la­şan hə­ya­tı işıq­lan­dı­rı­lır. Əsə­rin ən tə­sir­li mə­qam­la­rın­dan bi­ri Tək­gö­zün öz ana­sı­nı öl­dür­mə­si səh­nə­si­dir. Ya­zı­çı ki­çikyaş­lı uşa­ğın emo­sio­nal-psi­xi du­ru­mu­nu mə­ha­rət­lə təs­vir edir. Ata­sı­nın tap­şı­rı­ğı ilə er­mə­ni əli­nə keç­mə­sin de­yə ana­sı­nı öl­dü­rən uşaq hə­min an­dan ölü­mün nə ol­du­ğu­nu du­man­lı şə­kil­də an­la­ma­ğa baş­la­sa da, öz ana­lı, ata­lı, nə­nə­li dün­ya­sın­dan qo­pa bil­mir, ana­sı­nı öl­dür­dük­dən son­ra özü­nü də öl­dür­mə­di­yi üçün dan­la­na­ca­ğı­nı dü­şü­nür: “Su­al­lar da mə­ni ra­hat bu­rax­mır­dı: - Ana­mı ni­yə öl­dür­dü­m? Ni­yə özü­mü öl­dür­mə­di­m? Nə­dən qorx­du­m? İn­di bu­na gö­rə nə­nəm mə­ni dö­­yə­­cək­­di­­mi­­? Mək­təb­də uşaq­lar mə­nə gü­­lə­­cək­­di­­mi­­?”[10] Onun dü­şün­cə­sin­də ana­sı­nın ölü­mü­nə­dək hə­yat sa­də, dün­ya isə ta­nış və təh­lü­kə­siz idi. Ana­sı ilə bir­gə kim­li­yi­ni də iti­rən qəh­rə­ma­nı bu an­dan son­ra da­im psi­xo­lo­ji sar­sın­tı və ekz­sis­ten­sio­nal qor­xu mü­şa­yi­ət edir. Tək­göz hə­min ge­cə­dən son­ra in­san ki­mi var­lı­ğı­nı iti­rir və in­di sa­də­cə ya­şa­maq üçün hər şe­yə ha­zır olan bir can­lı­ya çev­ri­lir. Keç­di­yi əzab­lar ona an­caq bir şey öy­rə­dib: ya­şa­maq üçün mü­ba­ri­zə. Tək­göz məhz ya­şa­maq üçün da­im ki­min­sə üzə­rin­də ha­ki­miy­yət qur­ma­sı­na izin ve­rir, ki­mə­sə sı­ğın­ma­ğa məc­bur olur. Çün­ki onun dün­ya­sın­da ölüm qor­xu­lu idi və hə­ya­tı bo­yu ölüm­dən qa­çan Tək­göz yal­nız mə­həb­bə­ti və öv­lad sev­gi­si­ni tap­dıq­dan son­ra əsl hə­ya­tın da­dı­nı hiss edir. Öz gü­nah­la­rın­dan tə­miz­lə­nən qəh­rə­man son­da ye­nə də öz keç­mi­şi­nin qur­ba­nı olur. Ana­sı­nı öl­dü­rüb özü­nə əli qalx­ma­yan, adı­nı be­lə unu­dan qəh­rə­ma­nın da­im özü­nü ax­ta­rıb tap­ma­sı­na ma­ne olan qor­xu­su in­ti­har­la bə­ra­bər ba­şa ça­tır, ölüm ona özü­nü qay­ta­rır: “Son an­da ötə­ri ol­sa da, il­lər­dir içim­də pı­çıl­da­nan pı­çıl­tı­nı da eşit­dim. O, səs­siz pı­çıl­da­nan səs ata­mın imiş. Mə­nə – “Bəs sən har­da­sa­n? O dün­ya­da da yox­san. Bur­da da de­yil­sən. Ta­ri­xə də düş­mə­din. Bəs sən har­da ya­şa­dın, ne­cə ol­dun, mə­nim pad­şah ba­la­m?” – de­yir­di.” [11]

Or­xan Fik­rə­toğ­lu­nun 2013-cü il­də oxu­cu­la­ra təq­dim et­di­yi “Ölü mətn” ro­ma­nın­da post­mo­dern təh­ki­yə üs­tün­lük təş­kil edir. Ro­man 2015-ci il­də Tür­ki­yə­də də çap edil­miş­dir. “Ölü mətn” ro­ma­nı ədə­bi mü­hit­də re­zo­nans do­ğur­muş, ədə­biy­yat­şü­nas­lar tə­rə­fin­dən Or­xan Fik­rə­toğ­lu ya­ra­dı­cı­lı­ğın­da ye­ni mər­hə­lə­nin baş­lan­ğı­cı­nı qo­yan əsər ki­mi qə­bul edil­miş­dir. Ro­man­la bağ­lı Nər­giz Cab­bar­lı­nın “Ölü mətn”də­ki “sı­nıq güz­gü” ef­fek­ti”, İra­də Mu­sa­ye­va­nın “Ölü mət­nin ölü hərf­lə­ri”, Ca­van­şir Yu­sif­li­nin “Or­xa­nın ro­man-me­ta­fo­ra­sı”, Mə­ta­nət Va­hi­din “Di­ri­lə bil­mə­yən mətn” mə­qa­lə­lə­ri dərc edil­miş­dir. Ro­man Us­ta­dın pa­pi­rus ka­ğı­zı­na ya­zıl­mış və­rəq­lə­ri ara­sın­da qa­ra kə­pə­nək­lər uçu­şan əl­yaz­ma-ro­ma­nı oxu­maq üçün ba­şı­nın üs­tün­də qə­ri­bə ha­lə olan oğ­lan­dan qə­bul et­mə­si ilə baş­la­yır. Qəh­rə­man ona ve­ri­lən əl­yaz­ma­nı oxu­ma­dan ön­cə qə­ri­bə hal­lar ke­çi­rir, san­ki za­man və mə­kan öl­çü­lə­ri ol­ma­yan bir dün­ya­ya da­xil olur. Be­lə­lik­lə, ro­man-əl­yaz­ma Us­ta­dı ta­ri­xin la­bi­rint­lə­rin­də gəz­di­rir, əs­ki əlif­ba ilə ya­zı­lan ro­ma­nı oxu­ma­ğa ça­lı­şan qəh­rə­man mətn­lər va­si­tə­si­lə fərq­li za­man­la­ra sə­ya­hət edir: 

“Us­tad qa­baq otu­ra­ca­ğa əy­ləş­di. Otu­ran ki­mi də sü­rü­cü­dən so­ruş­du: 

  • Sə­nin o Mosk­va­da­kı sü­pür­gə­çi qa­dı­nın ta­le­yin­dən xə­bə­rin var?

Sü­rü­cü – Var – de­di. – Sə­ni in­di də uni­ver­si­te­tə apar­ma­lı­yam.... Apa­rım, ya “ya­zı­dan” çı­xa­q? 

  • Şey­xin mət­ni­nə sür... Ya­zı­la­na po­zu yox­dur. ...”[12] 

Əl­yaz­ma­ya da­xil olan is­tə­ni­lən mətn­də mət­nin ob­raz­la­rı Us­ta­dı dər­hal ta­nı­yır­lar, onu öz mətn­lə­ri­nin, öz dövr­lə­ri­nin, öz re­al­lıq­la­rı­nın bir his­sə­si ki­mi qav­ra­yır­lar. Çün­ki Us­tad yal­nız mət­nin oxu­cu­su de­yil, həm də mətn­lə­ri bir­ləş­di­rən əsas hal­qa­dır. Bü­tün mətn­lər­də müt­ləq şə­kil­də iş­ti­rak edən Us­tad ob­ra­zı əs­lin­də ey­ni bir nəs­lin müx­tə­lif ta­ri­xi dövr­də nü­ma­yən­də­lə­ri­ni sə­ciy­yə­lən­dir­mək­lə Azər­bay­can xal­qı­nın keç­di­yi keş­mə­keş­li yo­lu sim­vol­laş­dı­rır. Us­ta­dın 1920-ci il­də Dər­bənd­dən qa­yı­dar­kən yol­da öl­dü­rü­lən ba­ba­sı, 1937-ci il­də həbs olu­nub gül­lə­lə­nən ba­ba­sı, 1990-cı ilin 20 Yan­var qır­ğı­nın­da tank­la­rın əz­di­yi ba­ba­sı, unu­du­lan və unut­du­ru­lan əlif­ba­lar bir mə­qa­ma işa­rə edir – kö­kü­müz və özü­müz bir­dir. Əgər bir-bi­ri­mi­zin mət­ni­ni oxu­ya bil­sək, o za­man bü­tün su­al­la­ra ca­vab ta­par, özü­mü­zə qa­yı­da bi­lə­rik. “Əlif­ba tə­mas­dır”, “Hər bir əlif­ba kod­dur”. “Ölü mətn” də kod­dur” fik­ri­nə is­ti­na­dən ya­zıl­mış mətn in­san­la­ra va­cib bir in­for­ma­si­ya­nın ötü­rül­mə­si funk­si­ya­sı­nı da­şı­yır. Bu­ra­da ötü­rül­mə­li olan bir sı­ra kod­laş­dı­rıl­mış in­for­ma­si­ya­lar var. “Ölü mətn”in ifa­də et­mək is­tə­di­yi hə­qiq­ət­lər­dən bi­ri də bu­dur: fərq­li dü­şün­cə­lə­ri­miz­lə “Bir mət­nin ya­zı­sı” ol­ma­ğı­mız. Bir öl­kə­nin və­tən­da­şı ol­ma­ğı­mız. Bir dün­ya­nın sa­ki­ni ol­ma­ğı­mız.”[13] Us­tad mət­ni oxu­maq üçün bir aləm­dən baş­qa bir alə­mə keç­mə­li olur, oxu­ya bil­mə­di­yi ro­ma­nın ha­di­sə­lə­ri­ni ya­şa­ma­lı olur. Ro­ma­nın so­nun­da Us­tad “Ölü mətn”in ya­za­rı­nın məhz özü ol­du­ğu­nu, bu sə­bəb­dən onu oxu­ya bil­mə­di­yi­ni an­la­yır: “Kö­mə­yi­nə gə­lən tə­lə­bə­lə­ri itə­lə­yə-itə­lə­yə hə­yət­də­ki fut­bol mey­dan­ça­sı­na doğ­ru qa­çan Us­tad yal­nız in­di an­la­dı ki, “Ölü mətn”i yaz­mış o gənc oğ­lan onun özü­dür. Gö­rə­sən, ne­cə olub ki, o bu göz­lə gö­rü­nən ay­dın hə­qi­qə­ti in­di­yə qə­dər an­la­ya bil­mə­yi­b? Axı hə­lə heç kim öz mət­ni­ni oxu­ma­yıb. Bu­na gö­rə də Us­tad “Ölü mətn”i oxu­ya bil­mir.”[14]

Or­xan Fik­rə­toğ­lu ro­ma­nın post-su­fi jan­rın­da ya­zıl­dı­ğı ba­rə­də oxu­cu­ya mə­lu­mat ver­mək­lə əs­lin­də ona mət­nin aça­rı­nı təq­dim edir. Əsər­də­ki əl­yaz­ma­nı da məhz su­fi oxu­ya bi­lir. Ro­man­da su­fi es­te­ti­ka­sı ilə bağ­lı di­gər mə­qam kə­pə­nək sim­vo­lun­dan is­ti­fa­də­dir. Kə­pə­nək həm su­fi­lə­rin ge­yin­di­yi li­ba­sa, həm də ru­ha işa­rə­dir. 

Ya­zı­çı struk­tu­ru post­mo­der­niz­min mətn es­te­ti­ka­sı­na əsas­la­nan ro­man­da iz­lə­nən po­li­fo­ni­ya və qur­ma ef­fekt­lə­ri ilə oxu­cu­nu post­mo­dern la­bi­rin­tə cəlb edə bi­lir. Əs­lin­də ro­man­da bir ne­çə mətn iz­lə­nir: 1. Us­ta­dın mət­ni; 2. Əl­yaz­ma­nın mət­ni; 3. İb­li­sin (Ci­nin) mət­ni. Əsər bo­yu İb­lis və Us­ta­dın mü­ba­ri­zə­si ro­man­da həm də mətn­lə­rin sa­va­şı ki­mi kod­la­şır. Də­də ob­ra­zı Də­də Qor­qud pro­to­ti­pi­nə işa­rə­dir və əl­yaz­ma­nın ta­ri­xi­ni da­ha da qə­dim­lə­rə apa­rır. 

“Ölü mətn” ro­ma­nın­da Or­xan Fik­rə­toğ­lu post­mo­der­niz­min is­ti­nad es­te­ti­ka­sı­na uy­ğun, həm post­mo­dern la­bi­rint, həm də əl­yaz­ma (ki­tab) ar­xe­ti­pi­nə mü­ra­ci­ət­lə özün­dən ön­cə­ki üç mət­nə – “Ki­ta­bi-Də­də Qor­qud” das­tan­la­rı­na, Hü­seyn Ca­vi­din “İb­lis” əsə­ri­nə və Mi­xa­il Bul­qa­ko­vun “Mas­ter və Mar­qa­ri­ta” ro­ma­nı­na mət­nal­tı şə­kil­də is­nad edir, post­mo­dern ro­ma­nın fərq­li bir nü­mu­nə­si­ni ya­ra­dır. Or­xan Fik­rə­toğ­lu­nun dram ya­ra­dı­cı­lı­ğı özü­nə­xas post­mo­dern üs­lub­da “TAS”, “Qı­yı­ğın ölü­mü”, “Şə­kil­çi və şə­kil­çi”, “Xas igi­din das­ta­nı”, “İt­ki” və s. pyes­lər­lə təm­sil olu­nur. “Xas igi­din das­ta­nı”nı pye­sin əsas təh­ki­yə­çi-ob­ra­zı Ra­vi nəql edir. Do­ğu­lan­da Səb­ri se­çən Xas igid hə­yat na­ğı­lı­nın heç bir mə­qa­mın­da bu se­çi­mi­nə sa­diq qa­la bil­mir. Hə­yat­dan kö­çər­kən peş­man olur, ye­ni­dən do­ğu­lub öm­rü­nü fərq­li şə­kil­də ya­şa­maq is­tə­yir və Ra­vi­yə: “Ra­vi, ba­yaq­dan bə­ri nəql et­di­yin bu ya­zı­nı sən yaz­ma­mı­san bə­yə­m? Də­yiş də öm­rü­mü. Nə ola­r? Bir də­fə də di­rilt mə­ni!”[15] La­kin “ya­zı­ya po­zu yox­dur” və Xas igid ya­şa­yıb an­la­ma­dı­ğı dün­ya­dan həs­rət­lə kö­çür. Pyes­də na­ğıl ele­ment­lə­ri, post­mo­dern təh­ki­yə diq­qət çə­kir. Pyes­də xas igi­din yo­lu əks­lik­lər­dən ke­çir: ağ-qa­ra, tərs-düz, sağ-sol. Rast gəl­di­yi mə­kan­lar­da müs­bət tə­rə­fi seç­di­yi üçün ba­şı­na bə­la­lar gə­lir. Pyes­də post­mo­dern ele­ment­lər­lə ya­na­şı, Mir­zə Cə­lil tə­si­ri əsə­rin qu­ru­luş tex­ni­ka­sın­da, ob­raz­la­rın sim­vo­lik-iro­nik ça­lar­lı mo­no­loq­la­rın­da iz­lə­ni­lir. 

Ümu­mən, Or­xan Fik­rə­toğ­lu­nun ya­zı tər­zin­də post­mo­dern çağ­daş­lıq­la klas­si­ka, Cə­lil Məm­məd­qu­lu­za­də iro­ni­ya­sı iç-içə­dir. Tə­sa­dü­fi de­yil ki, ya­zı­çı­nın “Zor­xa­na” te­le­la­hi­yə­si­nin qəh­rə­ma­nı Xey­bər Cə­lil Məm­məd­qu­lu­za­də­nin “Poçt qu­tu­su” he­ka­yə­si­nin qəh­rə­ma­nı Nov­ru­zə­li­nin pro­to­ob­ra­zı ki­mi qə­bul edi­lir. Pro­fes­sor Şi­rin­dil Alı­şan­lı ya­zır: “Xey­bər Nov­ru­zə­li­nin bir əsr son­ra dün­ya­ya gəl­miş qan qar­da­şı­dır. Nov­ru­zə­li baş­qa bir za­man­da ya­şa­yır­dı, Mir­zə Cə­lil bu dün­ya­nın ağ­rı­la­rı­nı tək­mil­ləş­mə­də, in­ki­şaf­da, in­ti­bah­da ax­ta­rır­dı. Çı­xış yo­lu­nu ic­ti­mai-mə­nə­vi tə­rəq­qi­də ax­ta­rır­dı. Or­xa­nın Xey­bə­ri isə pa­ra­doks­lar­la do­lu bir ger­çək­li­yin qəh­rə­ma­nı­dır”.[16]

Or­xan Fik­rə­toğ­lu­nun “100 ilin ki­ta­bı” Mir­zə Cə­lil Məm­məd­qu­lu­za­də­nin fel­ye­ton­la­rı ilə mü­əl­li­fin pub­li­sist ya­zı­la­rı­nın bir­gə yer al­dı­ğı mo­za­ik bir top­lu­dur. Be­lə bir nəşr­lə ya­zı­çı müa­sir Azər­bay­can ədə­biy­ya­tın­da möv­qe­yi­ni sim­vo­li­zə et­mə­yə ça­lış­mış­dır. Cə­lil Məm­məd­qu­lu­za­də­nin 100 il ön­cə söy­lə­dik­lə­ri­ni, Or­xan Fik­rə­toğ­lu söy­lə­yir, Mir­zə Cə­lil mət­ni­ni Or­xan Fik­rə­toğ­lu mət­ni da­vam et­di­rir, Nov­ru­zə­li­nin oxu­cu­su Xey­bə­rin oxu­cu­su ilə gö­rü­şür.

Or­xan Fik­rə­toğ­lu ya­ra­dı­cı­lı­ğı hər za­man ədə­bi və te­atr tən­qi­di­nin, ki­no­şü­nas­lı­ğın diq­qət mər­kə­zin­də ol­muş­dur. Ya­zı­çı­nın bə­dii əsər­lə­ri za­man-za­man ədə­bi tən­qid­də re­zo­nans do­ğur­muş, Şi­rin­dil Alı­şan­lı, Nər­giz Cab­bar­lı, Ca­van­şir Yu­sif­li, İra­də Mu­sa­ye­va, El­na­rə Aki­mo­va və b. ədə­biy­yat­şü­nas və tən­qid­çi­lər əsər­lə­ri­nin özü­nə­məx­sus­lu­ğu, ya­zı ma­ne­ra­sı­nın, təh­ki­yə­si­nin ye­ni­li­yi ba­rə­də fi­kir yü­rüt­müş­lər.

Or­xan Fik­rə­toğ­lu ye­ni­lik­çi, mo­dern və post­mo­dern ya­ra­dı­cı­lı­ğı ilə müa­sir Azər­bay­can ədə­biy­ya­tın­da tək­rar­sız ye­ri­ni qa­zan­mış­dır.

[1] Orxan Fikrətoğlu. Hadinin çiyninə qonmuş mələk. “Ədəbiyyat qəzeti”, 30 noyabr 2019

[2] Orxan Fikrətoğlu. Alməmməd kişi // Şirvan şəşəngisi (hekayələr, kinossenarilər və po­vest). Bakı, Hərbi nəşriyyat, 1998, s.5

[3] Orxan Fikrətoğlu. Səhər //Azərbaycan nəsri antologiyası. Beş cilddə, V cild. Bakı, Şərq-Qərb, 2006, s.345

[4] Yenə orada, s.347

[5] Orxan Fikrətoğlu. Üçüncü günün adamı // Vaxt. Bakı, Elm, 2008, s.228

[6] Yenə orada, s.235

[7] Orxan Fikrətoğlu. Yeddi // Vaxt. Bakı, Elm, 2008, s.246

[8] Orxan Fikrətoğlu. On ikinci nəğmə // Vaxt. Bakı, Elm, 2008, s.206

[9] Orxan Fikrətoğlu. On ikinci nəğmə // Vaxt. Bakı, Elm, 2008, s.211

[10] Orxan Fikrətoğlu. Tək. Bakı, Elm və təhsil, 2014

[11] Yenə orada

[12] Orxan Fikrətoğlu. Ölü mətn. Bakı, Qanun, 2013, s.26

[13] N.Cabbarlı. Qurtuluşdan sonra (Yeni nəsil ədəbiyyatı). Bakı, Xan, 2017, s.140

[14] Orxan Fikrətoğlu. Ölü mətn. Bakı, Qanun, 2013, s.112

[15] Orxan Fikrətoğlu. Xas igidin dastanı. “Ədəbiyyat qəzeti”, 2018, 3 mart, s.22-24

[16] Şirindil Alışanlı, Novruzəlinin qan qardaşı Xeybər. Orxan Fikrətoğlunun “Vaxt” kitabına ön söz // Orxan Fikrətoğlu. Vaxt. Bakı, Elm, 2008



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.