azerbaycanxeberleritv.az » Gündəm » Əsas məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır - Natalya Jukova
Gündəm / Cəmiyyət / Bugün, 10:00

Əsas məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır - Natalya Jukova

Əsas məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır - Natalya Jukova

“Nine Senses Fest” ikinci dəfə keçirilir. Bu ilin şüarı “Ənənədən hərəkətə”. Məhz bu il biz praktik fəaliyyəti olan ustadları dəvət etmişik. Bu insanlar öz bilik və təcrübələrini üç əsas istiqamətdə ötürən şəxslərdir: bədən, ruh və şüur. Onlar Çin, Rusiya, Hindistan və Avstraliya kimi müxtəlif ölkələrdən gəliblər.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “Nine Senses Fest 2025” – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının açılış mərasimindən əvvəl “Nine Senses”in direktoru Natalya Jukova danışıb.

“Çox sayda ustad var ki, öz biliklərini bölüşəcək. Qürur duyuruq ki, bu il imkanlarımızı genişləndirərək 70 nəfərə yaxın müəllim cəlb etmişik. Festivalın mənası Azərbaycan ustadları və öz bilikləri ilə buraya toplaşan şəxslər arasında təcrübə mübadiləsini təmin etməkdir. Əsas məqsədimiz Azərbaycanı dünyada tanıtmaqdır.

Bura elə bir möhtəşəm məkandır ki, özünü dərk etməklə məşğul olan insanları qəbul edir. Eyni zamanda insanlar bura gəlib bu ecazkar gözəllikləri görməlidirlər. Çünki bu, retritlər üçün ideal bir məkandır. Hələ tam şəkildə kəşf edilməyib və “Nine Senses” bu istiqaməti inkişaf etdirmək istəyir ki, retritlər üçün əsas məkan Azərbaycan olsun. Burada dağlar var, dəniz var, saysız-hesabsız imkanlar mövcuddur”, - deyə o bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.