"Deadline" nəşri 2024-cü ilin ən çox ziyan gətirən filmlərinin siyahısını açıqlayıb.
""
Azerbaycanxeberleritv.az" xəbər verir ki, birinci yeri Xoakin Feniks və Ledi Qaqanın baş rollarını paylaşdığı "Joker: İki nəfər üçün dəlilik" filmi tutub.
Rejissor Todd Fillipsin filminin istehsalına 200 milyon dollar xərclənib, lakin "Warner Bros" şirkətinə bu layihə 144,25 milyon dollar ziyan gətirib.
Tənqidçilər və tamaşaçılar ekran işinin musiqi formatını və süjet xəttini bəyənməyiblər.
Ən çox zərər gətirən filmlərin ilk beşliyi isə aşağıdakılardır:
“Furiosa: A Mad Max Saga” – 119,6 milyon dollar zərər;
“Borderlands” – 80 milyon dollar zərər;
“Megalopolis” – 75,5 milyon dollar zərər;
“Kraven the Hunter” – 71 milyon dollar zərər.
Qeyd edək ki, ilk "Joker" filmi 1 milyard dollardan çox gəlir əldə etmişdi.