azerbaycanxeberleritv.az » Manşet » Aqro Lizinq ASC Oğuz Aqroservis filialının qaraj müdiri Hikmət Cabbarovun reketliyi
Manşet / Sosial / Regionlar / 14-11-2024, 15:50

Aqro Lizinq ASC Oğuz Aqroservis filialının qaraj müdiri Hikmət Cabbarovun reketliyi

Azerbaycanxeberleritv.az xəbər verir:Vətəndaş redaksiyamıza yazılı şəkildə müraciətində bildirdi ki, Aqro Lizinq ASC Oğuz Aqroservis filialının qaraj müdiri Hkmət Cabbarov Oğuz rayon sakinlərinin torpaqlarını əlindən alır və şirkətin texnikalarını camaatın əlindən aldığı torpaqlarda işlədir.

O torpaqları vətəndaşların əlindən alınan həmin torpaqlar vaxtıikən əkinə yararsız torpaqlar olub. Həmin torpaqları vətəndaş kol-koslardan təmizləyib. Vətəndaş özü əkib becərərkən onun əlindən zornan alır. Bu şəxs hara gedirsə qızının qaynatası yəni qudası Azad Əliyevin  adından istifadə edir. Həmin Azad Əliyev Oğuz rayonun DAİM direktorudur.

Azad Əliyev uzun müddət Oğuz rayon İcra Hakimiyyətində  birinci müavin  vəzifəsində çalışıb. İndisə DAİM-in direktor vəzifəsində çalışır. Ancaq vətəndaşlar Azad Əliyevin yaxşı insan kimi tanıyır. Ancaq  bu reket şəxs Hikmət Cabbarov camaatın torpağını gecə-gündüz öhtəsindən olan şirkətə məxsus texnikalarla qanunsuz olaraq əkib səpir.

Hətda bu şəxs rayona gələn dərman və gübrələrin heç bir kəndliyə normal vaxtında vermir. 

Aqrolizinqə bu günə qədər bir çox müdir təyin olunub amma bu şəxsin öhtəsindən heç kim gələ bilmir. 

Burdan sual doğur. Bu reket məmurun arxasında kim dayanıb???

Əks tərəfində fikirlərini dinləməyə hazırıq. 

Müəllif:Jalə Əlövsətqızı

Tarix:14.11.2024/16:37


Şikayətlərinizi şahid olduğunuz hadisələri bizim whatsapp nömrəmizə göndərə bilərsiniz. 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.