azerbaycanxeberleritv.az » Manşet » DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var
Manşet / Gündəm / 29-11-2024, 12:24

DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var

 

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.