azerbaycanxeberleritv.az » Manşet » 20 noyabr – Qələbə Günün mübarək, AĞDAM 
Manşet / Cəmiyyət / Regionlar / 1-12-2024, 08:59

20 noyabr – Qələbə Günün mübarək, AĞDAM 

 

20 noyabr – Qələbə Günün mübarək, AĞDAM 
 
Prezident İlham Əliyev: “Biz Ağdamı bir güllə atmadan azad etdik və bundan sonra burada əbədi olacağıq”
 
2020-ci il, 20 noyabr - AĞDAM şəhəri Azərbaycana QAYIDAN tarixi gün. Bəli, bu gün murdar erməni işğalçılar Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan, tək Qarabağın yox, Azərbaycanın AĞDAM şəhəri Azərbaycana Qayıtdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Və bu tarixi sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin edir. Ali Baş Komandanımız noyabrın 20-də xalqa müraciətində demişdir: “Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!..Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”.
 
“Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz”
 
Azərbaycan Prezidenti noyabrın 20-də xalqa müraciət edərək bütün ağdamlıları təbrik edib. Bildirib ki, artıq siz qaçqın deyilsiniz: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi”. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən 27 ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımızı qaldırıb. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
 
“Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq”,-deyən dövlət başçımız İlham Əliyev bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik edərək ağdamlıların bu günü uzun illər ərzində səbirsizliklə gözlədiklərini bildirdi: “Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”. Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunan torpaqlarımızın Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qaytarıldığını bildirib: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq”.
 
Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq”.
Rahat Uyu Canım Atam Əlövsət Atayev  döyüşdüyün Ağdam torpağı Ali Baş Komandanımızın güclü siyasəti nəticəsində Şəhidlərimizin qanı bahasına Qazi qardaşlarının canı bahasına Müzəffər Ordumuzun sücayəti ilə işğaldan azad olundu.
Sən görməsəndə duyursan atam.Doğulub boya başa çatdığın Həsrət qaldığın torpağ bu gün azaddır.
 
Böyük Qayıdışa doğru: Ağdam dünyada örnək şəhər olacaq
 
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdam rayonuna səfərinin məhz 28 may tarixində reallaşması təsadüfi deyildi. Çünki həmin gün Azərbaycan xalqı Respublika Gününü qeyd edirdi. Prezident Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səfərin 28 may gününə salınmasının təsadüfi olmadığını söylədi: «Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək".
 
Prezident bütün dünyaya bəyan etdi: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.
 
Bəli, Baş Plandan bəlli olur ki, ən qısa zamanda Ağdam Qarabağın ən böyük şəhərinə, iqtisadi və sənaye mərkəzinə çevriləcək. 100 minlik əhaliyə hesablanmış şəhərdə sənaye parkları, hotellər, yaşayış binaları, ən müasir nəqliyyat infrastrukturu, 30 minlik stadion, Qarabağ Universiteti, teatr binası və digər bu kimi mühüm mədəni və biznes obyektləri tikiləcək. Ruhlar məkanı və ya “Qafqazın Hirosiması” adlanan bu yurd yerimiz cənnət bir məkana çevriləcək. Və bütün bunlar ən qısa zamanda ediləcək. Əslində, 10 noyabr sazişindən sonra dərhal işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə və infrastruktur layihələrinin icrasına başlanılıb. Azad olunmuş ərazilərin bərpası xüsusi plan əsasında “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl zona” prinsipi əsasında yenidən qurulur. Bu istiqamətdə artıq işlərə başlanılıb və Böyük qayıdışı təmin etmək üçün proseslər sürətlə gedir. Cənab İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edərək bütün dünyaya bundan sonra bu müqəddəs şəhərin əmin əllərdə olacağını göstərmiş oldu.
 
Qeyd edək ki, binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək.
 
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
 
Bəli, bu gün Müzəffər Azərbaycan Ordusu Zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Ağdamımız, onun ardınca Kəlbəcərimiz, Laçınımız...bütün Qarabağımız, qürurumuzu, özünəgüvənimizi, inamımızı qaytaran, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş Prezident, Ali Baş Komandanımız İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq
 - Zəfər bayramımız! 20 noyabr 2020-ci il 20 Noyabr 2024 cü il  
QƏLƏBƏ TARİXİN MÜBARƏK, AĞDAMIM! Qələbə bayramın mübarək 
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın Müzəffər Ordumuz!

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.