Türkiyədə minik avtomobili yük maşını ilə toqquşub, ölənlər var
Türkiyədə ağır qəza olub.
"Azerbaycanxeberleritv.az. " “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bartının Gürgenpınarı məhəlləsində minik avtomobili əks yola çıxaraq yük maşını ilə toqquşub.
Nəticədə minik avtomobilində olan yaşları 21-23 arasında dəyişən 5 gənc həyatını itirib.