Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə paytaxtın Atamoğlan Rzayev küçəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Fərid Azər oğlu Qurbanov yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı Qaynar xətt: +99455 899 72 94 +99450 496 49 02 Email: [email protected]
© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.