azerbaycanxeberleritv.az » Manşet » 113 saylı məktəbdə bazar qanunları ilə idarə olunur
Manşet / Elm-təhsil / 5-12-2024, 16:18

113 saylı məktəbdə bazar qanunları ilə idarə olunur

 

 Azerbaycanxeberleritv.az xəbər verir:Bakı şəhəri Hüseynbala Ağa verdiyev adına 113saylı məktəbin neqativ hallarından redaksiyamıza daxil olan məlumatda bildirilir ki, məktəb direktoru Gültəkin Rüstəmova məktəbi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək idarə edir. Şikayətçinin iddialarına görə məktəbin 3-cü mərtəbəsi və 2ci mərtəbəsinin bufetə gedən hissəsi hazırlıq keçirilməsi üçün ayrılıb. Dövlətin təhsil üçün vətəndaşların istifadəsinə verdiyi 113saylı tam orta məktəb hazırda Gültəkin xanımın sanki özəl "hazırlıq kursu" kimi fəaliyyət göstərir. İddiaya görə məsələ yalnız bununla bitmir. Məktəbə gələn təmizlik vasitələri də də rəhbərlik tərəfindən mənimsənilir və bəzi əlaltılarının vasitəsi ilə kənarda satışı təşkil olunur. Məktəbin təmizlənməsi üçün isə texniki işçilərə birmənalı olaraq öz ciblərində almaqları tapşırılıb. Bəzi texniki işçilərin maaşlarından isə 25-ləri direktor tərəfindən mənimsənilir. Buna etiraz edən işçiləri isə təhqir edərək aşağılayır və səsini çıxaran işçiləri məktəbdən qovacağı ilə hədələyir.
Bundan əlavə şikayətçi iddia edir ki, direktor texniki işçilərin səhər saat 6-nın yarısı işdə olmalarını tələb edir. Axşam isə 7-nin yarısına kimi məktəbdə olmalarını tapşırır.
Bununla yanaşı işçiləri qeyri iş günləri, bayram günləri və hətda məzuniyyətdə olduqları zamanlarda da işə gəlmələrini tələb edir və buna baxmayaraq məvaciblərini yazmır.
Qanunsuz əməllərinə susan işçiləri isə "mükafatlandırır ". Məktəbin bufeti olmasına baxmayaraq bəzi işçilərin gətirib məktəbdə şirniyyat atmasına şərait yaradır. 
Məktəbdə çalışan texniki işçilərin hüquqlarını kobud şəkildə pozan, onların əməyindən sui-istifadə edən və sözügedən digər iddialarla bağlı məktəbin direktoru Gültəkin Rüstəmovanın məsələyə olan münasibətini dinləməyə və açıqlamasını dərc etməyə hazırıq.

Müəllif:Azerbaycanxeberleritv.az

Tarix:05.12.2024/16:21


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.