azerbaycanxeberleritv.az » Manşet » Bakıda qəzaya düşən ambulans aşdı - TƏBİB-dən açıqlama (VİDEO/YENİLƏNİB)
Manşet / Hadisə / 5-12-2024, 16:41

Bakıda qəzaya düşən ambulans aşdı - TƏBİB-dən açıqlama (VİDEO/YENİLƏNİB)

 05.12.2024-cü il tarixində saat 12:40 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobili qəzaya uğrayıb.


Bu barədə "Azərbaycanxeberleritv. az"ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.



Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır


Bakıda yol nəqliyyat hadisəsi baş verib.


"Azərbaycanxeberleritv. az"ın məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.


Belə ki, "Khazar" markalı maşınla "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.


Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.





AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.