Bu yerdə böyük İslam aliminin ibrətamiz kəlamı yada düşür: “Ədəbi olmadan elm odunsuz atəş, elmsiz ədəbsə bədənsiz ruh kimidir”. El-obanın işinə, dərd-sərinə yarıyan, xeyirxah əməlləri ilə tanınan və seçilən Cabir Abdullayev xoşbəxt sənətçilərdəndir. Neçə-neçə imkansız ailənin toy məclisinə əsl ağayanalıq göstərərək həmin toy və məclislərdə xanəndəliyi təmənnasız edib. Xüsusi ilə şəhid və məcburi köçkün həyatını yaşayan insanlara onun münasibəti daha ülvidir. Başqa cür də ola bilməz. Onun doğma qardaşı Əkbər Abdullayev torpaq və Vətən uğrunda şəhid olub. Cabir özü də Qarabağın müdafiəsinə qalxmış qeyrətli oğullarla səngərdə bir yerdə çiyin-çiyinə duraraq erməni işğalçılarına qarşı vuruşub. Xanəndə Cabir Abdullayev bu gün isə sənətin keşiyində vicdan və məsuliyyətlə dayanaraq xeyirxah əməlləri ilə öz vətəndaşlıq borcunu yerinə yetirir.
Cabir Abdullayev səsinin sehri və oxu manerasının təsir imkanları çox güclüdür. Buna misal olaraq onun “Yaman ağır olur atasız dünya“ misrası ilə ifa etdiyi “Segah” muğamını göstərmək olar. Bu ifaya qulaq asan bir çox insanların Cabirin səsinin sehrinə düşərək kövrəldiklərinin canlı şahidi olmuşuq.
İnsan ruhuna, könlünə təravət gətirən, yüksək ifaçılıq mədəniyyəti ilə sevilib-seçilən xanəndə, respublikanın Əməkdar artisti Cabir Abdullayevə üz tutaraq ona sənət yolun həmişə işıqlı və aydınlı olsun deyir, elin gözündə və nəzərində həmişə uca olmağı diləyirik. Mərhum şair Rasim Kərimli demişkən, “sənətinin keşiyində duranları qoy əbədi min yaşasın!”.
Ailəlidir 2övladı var.
Azerbaycanxeberleritv.az saytının Baş redaktoru Jalə Əlövsətqızı və komandası adından Cabir Abdullayevi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Cabir müəllimə uzun ömür möhkəm can sağlığı müəllimlik fəaliyyətində və sənətində daimi uğurlar arzu edirik. Doğum gününüz mübarək Qarabağ elinin bal səsli sənətkarı.
Müəllif:Jalə Əlövsətqızı
Tarix:10.12.2024/15:20