azerbaycanxeberleritv.az » Manşet » Bakıda ata və oğlunu bıçaqlayan şəxs saxlanıldı: Cinayət işi açıldı
Manşet / Hadisə / 11-12-2024, 11:07

Bakıda ata və oğlunu bıçaqlayan şəxs saxlanıldı: Cinayət işi açıldı

 Dekabrın 10-u saat 21 radələrində paytaxtın Xətai rayonu Ə.Şıxlinski küçəsində 1972-ci il təvəllüdlü K.Bağırova və oğlu 2004-cü il təvəllüdlü C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilib.


Bu barədə Azerbaycanxeberleritv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Y.Mehdiyev saxlanılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.


Hazırda istintaq araşdırması davam etdirilir.


09:38


Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.


Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.


Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu, 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıblar.


2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.


Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.